TƏCİLİ! İran bu ölkəni "vurdu"
08 May 2026, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
576
14.02.2026, 19:15
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə dair ABŞ Prezidenti Donald Tramp tərəfindən "bir az" təzyiq hiss etdiyini bildirib.
Oxu24.com xəbər verir ki, Ukrayna lideri bu barədə Münxen Təhlükəsizlik Konfransında sessiya moderatorunun Trampın son bəyanatı ilə bağlı sualını cavablandırarkən bildirib.
"Tramp deyib ki, Rusiya razılaşma əldə etmək istəyir və Zelenski hərəkətə keçməli olacaq. Siz təzyiq hiss edirsinizmi?" - moderator sual verib.
Bir qədər fikirləşəndən sonra Zelenski "Bir az" deyə cavab verib, bu da zalda təmkinli reaksiyaya və yüngül gülüşə səbəb olub.
Eyni zamanda, o vurğulayıb ki, ABŞ prezidentinin mövqeyini başa düşür. Mümkün seçkilərin keçirilməsi məsələsini şərh edən Ukrayna dövlətinin başçısı bildirib: "Əgər Ukraynaya iki ay atəşkəs verilsə, biz seçkiləri keçirəcəyik". Onun sözlərinə görə, əgər ABŞ tərəfi bunda israr edirsə, Kiyev müvafiq addımlara hazır olduğunu nümayiş etdirə bilər.
Həmçinin oxuyun
Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli məsləhətləşmələrdən danışan Zelenski qeyd edib ki, ABŞ tərəfi mütəmadi olaraq güzəştlər mövzusunu qaldırır. Lakin o vurğulayıb ki, çox vaxt söhbət Rusiya tərəfindən deyil, yalnız Ukrayna tərəfindən olan mümkün güzəştlərdən gedir.
O, həmçinin Avropanın faktiki olaraq danışıqlar masası arxasında olmamasından narahatlığını ifadə edərək bunu ciddi səhv adlandırıb./Report
16:37 / 08 May 2026
1
16:32 / 08 May 2026
20
16:24 / 08 May 2026
231
16:22 / 08 May 2026
34
16:06 / 08 May 2026
40
16:04 / 08 May 2026
42
15:56 / 08 May 2026
115
15:43 / 08 May 2026
37
15:29 / 08 May 2026
157
15:21 / 08 May 2026
42
15:15 / 08 May 2026
51
15:06 / 08 May 2026
47
15:02 / 08 May 2026
100
14:56 / 08 May 2026
97
14:51 / 08 May 2026
61
14:40 / 08 May 2026
210
14:29 / 08 May 2026
260
14:24 / 08 May 2026
60
14:19 / 08 May 2026
75
14:08 / 08 May 2026
215
14:06 / 08 May 2026
83
13:57 / 08 May 2026
59
13:46 / 08 May 2026
746
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.