Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
709
14.02.2026, 15:37
Ermənistanın son bir neçə ayda hərbi sərgilərdə təqdim etdiyi yeni pilotsuz uçuş aparatları bir çox suallar doğurur. Belə ki, həmin müasir PUA bir çox hallarda İsrail istehsalı dronlara çox bənzərdir.
Oxu24.com xəbər verir ki, söhbət İsrailin "Israel Aerospace Industries" (IAI) şirkəti tərəfindən hazırlanmış “Harop” tipli zərbə dronundan gedir. “Harop” uzun illərdir müxtəlif ölkələrin arsenalında yer alır və 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən geniş istifadə olunaraq effektivliyini nümayiş etdirmişdi.
2025-ci ilin oktyabrında Ermənistanın “Davaro” şirkəti “Dragonfly 3” adlı yeni kamikadze tipli pilotsuz uçuş aparatını təqdim edib. Texniki xüsusiyyətlərə nəzər saldıqda, bu modelin “Harop” platformasına bənzər parametrlərə malik olduğu bildirilir.
Açıqlanan məlumatlara görə, “Dragonfly 3”ün qanad açıqlığı 3 metr, maksimal uçuş çəkisi 42 kiloqram, faydalı yükü isə 5 kiloqramdır. Dronun bir saata qədər havada qala bildiyi, saatda 126 kilometr sürətlə uçduğu və 120 kilometrədək məsafədə fəaliyyət göstərə bildiyi deyilir.
Analitiklər diqqəti Hindistanın son illərdə İsrail müdafiə sənayesi ilə dərinləşən əməkdaşlığına yönəldirlər. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına əsasən, 2020–2024-cü illərdə Hindistan İsrailin ən böyük müdafiə idxalçılarından biri olub və ümumi ixracın təxminən üçdə birini təşkil edib.
Hindistanın Baş naziri Narendra Modi tərəfindən həyata keçirilən “Make in India” (“Hindistanda istehsal et”) siyasəti çərçivəsində xarici şirkətlərdən texnologiya transferi və istehsal xətlərinin ölkəyə köçürülməsi tələb olunur. Bu model Hindistanın tədricən idxalçıdan ixracatçıya çevrilməsinə şərait yaradıb.
Məhz bu kontekstdə Ermənistanın yeni dron layihəsinin Hindistanla texnoloji əməkdaşlıq nəticəsində formalaşdığı ehtimal edilir. İsrailin “Globes” nəşrinin yazdığına görə, bəzi müdafiə sənayesi nümayəndələri texnoloji biliklərin Ermənistana birbaşa Hindistan üzərindən ötürüldüyünü düşünürlər.
IAI məsələ ilə bağlı açıqlamasında iddiaları tanımadığını bildirib və vurğulayıb ki, şirkət bütün beynəlxalq əməkdaşlıqlarını İsrailin Müdafiə Nazirliyinin və Müdafiə İxracına Nəzarət Agentliyinin qaydalarına uyğun həyata keçirir.
Beləliklə, yaranmış situasiyada əsas diqqət Hindistanın müdafiə sənayesində artan roluna və texnologiya transferi siyasətinə yönəlir. Regionda hərbi balansın həssas olduğu bir vaxtda pilotsuz sistemlər üzrə bilik və texnologiyanın Hindistan tərəfindən istehsalçı İsrailin icazəsi olmadan üçüncü tərəflərə ötürməsi rəsmi Dehlinin siyasəti ilə bağlı yeni suallar doğurur.
Modern.az
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.