İran 5 ölkəyə xəbərdarlıq etdi
23 Aprel 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1105
12.02.2026, 11:48
Norveçin müdafiə naziri Eyrik Kristoffersen gələcəkdə Rusiyanın onların ölkəsinə hücum etmə ehtimalının olduğunu bildirib.O, Moskvanın şimaldakı nüvə obyektlərini qorumaq üçün Norveçə qarşı tədbir görə biləcəyini qeyd edib.
Bəs, Ukrayna ilə müharibədə kifayət qədər itkilərə məruz qalmış, zəifləmiş Rusiya belə bir durumda başqa bir ölkəyə hücum üçün səfərbər ola bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını siyasi analitik Elməddin Behbud cavablandırıb.
Həmçinin oxuyun
Siyasi şərhçi bildirib ki, Rusiyanın ritorikasına baxsaq, görərik ki, rəsmi Moskva bu ritorikanı Polşa və Litvayaya da qarşı da sərgiləyib.
"Rusiyanın istədiyi sabit geosiyasi bir xətt var ki, o xətt daha çox hərbi ritorika üzərində qurulub. Xüsusilə 2022-ci ilin fevralın 24-dən etibarən Ukrayna dövlətinə qarşı başladığı bu müharibə bir daha göstərir ki, Rusiya bir çox hallarda gözlənilməz qeyri-adekvat və çox sərt radikal qərarlar da qəbul edə bilir. Bunu icra da edir. Amma bütün bunlara rəğmən, mən düşünmürəm ki, Rusiya üçün yeni bir müharibə lazımdır və ya o, müharibə ona uğur gətirə bilər. Xüsusilə Norveçlə müharibə! Burada hesab edirəm ki, daha çox mesajlar Avro-Atlantik bloka, ABŞ-yə ünvanlanıb və onları Rusiya əleyhinə gözlənilən qərarlardan çəkindirici xarakter daşıyır. Heç bir halda Qərbi Avropa ölkəsi ilə, Norveçlə Rusiyanın hansısa hərbi eskalasiyası Kremlə xeyir gətirməz. Əminəm ki, böyük hərbi iqtisadi, demoqrafik məhrumiyyətlərlə üz-üzə qalan Rusiya növbəti belə bir savaşa girə bilməz” -deyə siyasi şərhçi vurğulayıb.
Əntiqə Rəşid
15:03 / 23 Aprel 2026
7
15:00 / 23 Aprel 2026
12
14:42 / 23 Aprel 2026
193
14:25 / 23 Aprel 2026
60
14:18 / 23 Aprel 2026
32
14:10 / 23 Aprel 2026
293
14:06 / 23 Aprel 2026
71
14:01 / 23 Aprel 2026
76
13:48 / 23 Aprel 2026
50
13:35 / 23 Aprel 2026
108
13:32 / 23 Aprel 2026
371
13:02 / 23 Aprel 2026
80
12:47 / 23 Aprel 2026
138
12:44 / 23 Aprel 2026
196
12:42 / 23 Aprel 2026
544
12:33 / 23 Aprel 2026
263
12:32 / 23 Aprel 2026
128
12:27 / 23 Aprel 2026
56
12:18 / 23 Aprel 2026
58
12:14 / 23 Aprel 2026
72
12:06 / 23 Aprel 2026
854
11:57 / 23 Aprel 2026
63
11:52 / 23 Aprel 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.