Niyə yaponlar tozu daha az silir? - Səbəbi sizi təəccübləndirəcək
25 Mart 2026, 18:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
11.02.2026, 19:22
Böyük Britaniya silahlı qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb. Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib. Ümumiyyətlə Britaniya son zamanlar Rusiya ilə müharibə ehtimalından çox narahat görünür və bu istiqamətdə müəyyən addımlar atır.
Böyük Britaniyanın qorxusu reallığa çevrilə bilərmi və nəyə əsaslanır? Bu təlimlər sadəcə mesaj xarakteri daşıyır, yoxsa doğrudan da müharibəyə hazırlıq gedir?
Oxu24.com xeber verirk ki, bununla bağlı Sfera.az-a fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi Böyük Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girmək ehtimalının yaxın perspektivdə aşağı olduğunu söyləyib:
Həmçinin oxuyun
“Bu baxımdan Böyük Britaniya Silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlər, nə Rusiya üçün təhlükə mənbəyi kimi qəbul edilməlidir, nə də ki, bu təlimlərin keçirilməsində məqsəd Rusiya ilə müharibə ehtimalından qaynaqlanır. Amma Rusiya və Ukrayna müharibəsi fonunda, ümumiyyətlə Avropa ölkələrində hərbi sahədə mobilizasiya işlərinin aparılması məqsədilə daha müasir dövrün tələblərinə cavab verən hərbi texnika və texnologiyaların orduda cəmləşdirilməsi müşahidə olunur. Bu səbəbdən canlı qüvvənin, bu texnologiyaların mənimsənilməsi istiqamətində, peşəkarlığın artırılması məqsədilə təlimlərin keçirilməsinə daha çox əvvəlki illərdən fərqli olaraq diqqət yetirilir. Əlbətdə ki Londondakı narahatlıq ehtiyyatlı planlaşdırma strategiyası ilə bağlıdır və bu səbəbdən keçirilən təlimlər müharibə siqnalı olaraq görülməməlidir”.
Şahbazi əlavə edib ki, Britaniya NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, Böyük Britaniya da kollektiv müdafiə prinsipləri çərçivəsində yer alır:
“Bu baxımdan da Britaniya və digər NATO ölkələrinin keçirdikləri hərbi təlimlər, deməyə əsas verir ki, Rusiya Avropada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini tam itirməyib və bu istiqamətdə təhlükələr gözlənilir. Xüsusilə də Baltik ölkələri və Şərqi Avropa daha çox riskli zonalardır. Buna görə də Avropa ölkələri ,o cümlədən Böyük Britaniya, ola biləcək ən pis ssenariyə hazırlaşır və burdakı şəhər müharibəsi təlimləri, real münaqişə ehtimalına qarşı planlaşdırmadır. Çünki Ukrayna müharibəsi zamanı belə hallar nəzəri yox, praktik təcrübə əsasında görüldü. Bu səbəbdən Britaniya hökumətinin keçirdiyi təlimlər daha çox gələcək perspektivləri əhatə edir və bu müharibə istəyi deyil. Hazırlıqsız yaxalanma riskini azaldan siyasətdir və Böyük Britaniya hazırlıqlı olmaq strategiyasını gücləndirir”.
18:36 / 25 Mart 2026
1
18:22 / 25 Mart 2026
23
18:19 / 25 Mart 2026
36
18:11 / 25 Mart 2026
28
18:02 / 25 Mart 2026
34
17:54 / 25 Mart 2026
44
17:46 / 25 Mart 2026
74
17:21 / 25 Mart 2026
691
17:19 / 25 Mart 2026
224
17:11 / 25 Mart 2026
210
16:10 / 25 Mart 2026
72
15:51 / 25 Mart 2026
133
15:48 / 25 Mart 2026
71
15:03 / 25 Mart 2026
119
14:58 / 25 Mart 2026
83
14:53 / 25 Mart 2026
86
14:41 / 25 Mart 2026
338
14:38 / 25 Mart 2026
76
14:22 / 25 Mart 2026
1498
14:06 / 25 Mart 2026
79
14:03 / 25 Mart 2026
180
13:50 / 25 Mart 2026
71
13:44 / 25 Mart 2026
484
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.