Türkiyədə bu qadağan ediləcək
08 Fevral 2026, 16:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
578
08.02.2026, 14:55
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə "narıncı kostyumlu bir şəxsin" kamerasına doğru getdiyi görünür.
ABŞ-ın CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı yayımladığı son sənədlər göstərir ki, əvvəlki rəsmi məlumatlardan fərqli olaraq, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyumlu başqa bir şəxs də olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, xəbərdə deyilir: "Ədliyyə Nazirliyinin yeni dərc olunmuş ekspert rəyləri ilə dəstəklənən təhlilə əsasən, Ceffri Epşteynin ölüm gecəsindən təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 2019-cu il avqustun 9-da təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə doğru pilləkənlərlə qalxan narıncı rəngli bir cisim müşahidə ediblər".
Epşteynin saxlanıldığı Metropolitan həbsxanasından video görüntülərin təhlili əsasında Federal Təhqiqat Bürosunun açıqlamasını vurğulayan xəbərdə deyilirdi: "L mərtəbədəki pilləkənlərdə narıncı bir şey var. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan məhbusdur" ifadəsinin "əvvəllər bildirilməmiş" bir şeyə işarə etdiyini və Ədliyyə Nazirliyinin müfəttişlərinin hesabatı ilə ziddiyyət təşkil etdiyini vurğulayan xəbərdə qeyd olunur: "Yeni səs yazıları həmin axşam Epşteynin mərtəbəsinin yaxınlığındakı proseslərlə bağlı əlavə suallar doğurur".
Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə çəkilmiş görüntülər araşdırılıb və sözügedən şəxsin narıncı "çarşaf və ya yataq dəsti" daşıyan "naməlum" həbsxana zabiti ola biləcəyi irəli sürülüb. Ədliyyə Nazirliyinin və FTB-nin hesabatlarının nəzərdən keçirilməsi göstərib ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər son görüntülərdə adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.
Bundan əlavə, sənədlərdən həmçinin məlum olub ki, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbədə növbətçi olan qadın zabit Tova Noel 2019-cu ildə gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olması ilə bağlı dindirilib.
Həmçinin oxuyun
Noel ifadəsində bildirib ki, həmin gecə binadakı məhbusların sayını saat 22:00 ilə 03:00 arasında 72 olaraq qeyd etməkdə "yəqin ki, səhvə yol verib", halbuki məhbusların sayı əslində 73 idi və rəqəmin dəyişdiyini xatırlamır.
FTB-nin keçmiş direktor müavini Dan Bonqino da ötən yay “Fox News”a müsahibəsində iddia edib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və "görüntülər olduqca aydındır". Həmin gecəni çəkdiyi bilinən yeganə kamera Epşteynin kamerasına aparan pilləkənləri qismən örtmək üçün yerləşdirilib, digər bucaqdakı kamera isə çəkiliş aparmayıb.
Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Ceffri Epşteynin şübhəli şəraitdə öldüyü həbsxanadan yayımlanan son görüntülər, həmin gecə baş verənlər və Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri daha da artırıb. Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inanır.
17:02 / 08 Fevral 2026
1
16:59 / 08 Fevral 2026
15
16:57 / 08 Fevral 2026
13
16:56 / 08 Fevral 2026
21
14:11 / 08 Fevral 2026
292
14:03 / 08 Fevral 2026
238
13:56 / 08 Fevral 2026
1504
13:41 / 08 Fevral 2026
1724
13:21 / 08 Fevral 2026
559
12:28 / 08 Fevral 2026
3072
11:15 / 08 Fevral 2026
268
11:12 / 08 Fevral 2026
967
11:11 / 08 Fevral 2026
255
02:30 / 08 Fevral 2026
324
02:07 / 08 Fevral 2026
293
01:38 / 08 Fevral 2026
439
01:04 / 08 Fevral 2026
389
00:38 / 08 Fevral 2026
2451
00:27 / 08 Fevral 2026
1101
00:00 / 08 Fevral 2026
258
23:50 / 07 Fevral 2026
422
23:34 / 07 Fevral 2026
355
23:03 / 07 Fevral 2026
4416
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.