Qaynar xətt:

(+99450) 247 90 86

Venesuelada 600-dən çox məhbus azadlığa buraxıldı

news/2026_01_24/venes_1769281413.webp

DÜNYA

52

24.01.2026, 23:01

Venesuelada 600-dən çox məhbus azadlığa buraxılıb.

Oxu24.com xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges bildirib.

Rodriges dekabr ayından bəri 626 məhbusun azad edildiyini, bu rəqəmin təsdiqlənməsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edəcəyini deyib.

Məlumata görə, bu rəqəm bütün siyasi məhbusların azad edilməsini tələb edən insan haqları təşkilatlarının verdiyi saylardan xeyli yüksəkdir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın Karakas əməliyyatından sonra hökumət həbsxanalarda saxlanılan yüzlərlə Maduro əleyhdarlarını azad edəcəyinə söz vermişdi.