Trampdan dəvət - Azərbaycan razılıq verdi
21 Yanvar 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
260
21.01.2026, 11:22
ABŞ Prezidenti Donald Tramp Somalini dövlət hesab etmədiyini bildirib.
O, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ Konqresinin Nümayəndələr Palatasının (Minnesota ştatından demokrat) Somalidən olan üzvü İlhan Öməri bir daha tənqid edərkən bildirib.Tramp həm də Somalini “ən pis ölkə” adlandırıb.
Trampın indi də Somalini hədəf alması ABŞ-ın bu ölkə ilə bağlı hansı planlarının olmasından xəbər verir. Çünki hələ bu ilin 12-13 yanvarında ABŞ administrasiyası ölkədəki minlərlə somalili üçün "müvəqqəti immiqrant statusu"nun başa çatdığını və onların 17 mart tarixinə qədər ABŞ-ı tərk etməli olduqlarını açıqladı.
Fotoda İlhan Ömər
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem ABŞ mediasına verdiyi müsahibədə ölkədəki minlərlə Somali immiqrantının müvəqqəti yaşayış statusunun artıq uzadılmayacağını bildirdi.
Maraqlıdır ki, ABŞ-da təxminən 2500 Somali müvəqqəti immiqrantı var və təxminən 1400 Somali immiqrantı üçün müraciətlər gözlənilir.
Tramp administrasiyasının qərarı, Somali immiqrantlarının çox olduğu Minnesota ştatında korrupsiya iddialarından sonra gəlir.
ABŞ Somalini niyə bombalayır?
ABŞ Afrika Komandanlığı (AFRICOM) həftəsonu Somali ərazisində ötən ilin noyabrında 100-cü hava hücumunu həyata keçirdiyini açıqladı.
Bu göstəricilər ABŞ ordusunun 2025-ci ildən etibarən Somalini qlobal əməliyyatların əsas mərkəzlərindən birinə çevirdiyini ortaya qoyur.
Yəni, ABŞ 2015-ci ildən İŞİD və İŞİD-insilahlı qanadlarını Somaliyə aid əraziləri bombalamaqla zərərsizləşdirməkdədir. ABŞ Əş-Şabab terror təşkilatının Somalidəki mövqelərinə aviazərbələr endirməkdə israrlıdır.
Xarici media yazır ki, Tramp ilk prezidentlik müddətində ABŞ qoşunlarının əksəriyyətini Somalidən çıxardı, lakin Bayden administrasiyası onları 2022-ci ilin mayında yenidən yerləşdirdi.
Trampın ikinci səlahiyyət müddəti ərzində ABŞ Somalidəki aktiv iştirakını davam etdirdi. Yeni Amerika Fondunun məlumatına görə, Vaşinqton 2025-ci ilin fevral ayından bəri Somaliyə hava hücumlarını əhəmiyyətli dərəcədə artırıb. Ekspertlər bildirirlər ki, bu il Somalidə ən azı 111 Amerika hücumu qeydə alınıb ki, bu da Corc Buş, Barak Obama və Co Bayden administrasiyaları dövründə törədilən hücumların ümumi sayından çoxdur.
Amerikanın Somaliyə hücumları da mülki şəxslərin ölümünə səbəb olur. Drop Site News araşdırma veb saytı ötən ilin noyabr ayında Somalinin cənub-qərbindəki Aşağı Cuba bölgəsində baş verən hücumda yeddi uşaq da daxil olmaqla ən azı 11 mülki şəxsin öldürüldüyünü açıqlamışdı.
Həmçinin oxuyun
ABŞ indiyənə qədər Somaliyə niyə yerləşməyib?
Məlumdur ki, nefti olmayan ölkəyə isə ABŞ heç vaxt maliyyə ayırmır, Iqtisadi əlaqələrə can atmır, ora böyük OİL şirkətlərini göndərmir. İndiyənə qədər ABŞ-ın Somaliyə iqtisadi tərəfdaş kimi baxmamasının səbəbi var.
Bunun üçün əvvəlcə Somalinin təbii ehtiyatlarına diqqət etmək lazımdır. Bu ölkənin dəniz ehtiyatları, mineral resurslar (neft, qaz, uran, qalay, gips, daşlar, daşkömür), kənd təsərrüfatı torpaqları, otlaqlar, meşələr və strateji coğrafi mövqeyi ilə diqqət çəkir, lakin münaqişələr və qeyri-stabil idarəetmə bu sərvətlərin tam istifadəsinə mane olur. Bütün Afrika ölkələri kimi Somali də təbii ehtiyatlarla zəngin bir ölkədir. Amma Somali son 2 ilə qədər neft istehsalı ilə bağlı heç bir təşəbbüsdə olmayıb. Bu isə ABŞ-ın Somaliyə yerləşməməsi deməkdir.
Somali Türkiyəni seçdi
2010-cu ilin may ayında Türkiyə ilə Somali arasında Türkiyə ordusunun Somali ordusuna təlim keçməsi barədə razılıq əldə edildikdən sonra yəni, 2012-ci ildən Somali ordusunun Əş-Şəbab təşkilatına qarşı mübarizə aparması və sağ qalması üçün sahə təlimləri də daxil olmaqla təlimlərə başlanıldı .
2013-cü ildə Moqadişu Limanı 20 il müddətinə bir türk şirkətinə icarəyə verildi. 2014-cü ildə liman tamamilə Türkiyə şirkətlərinin nəzarəti altına keçdi. Limandan əldə edilən gəlirin 55%-nin Somali xəzinəsinə, 45%-nin isə Türkiyə şirkətinə gedəcəyi qərara alındı. 2010-cu ildə əldə edilən hərbi razılaşma 2014-cü ildə daha da inkişaf etdirildi. Somali əsgərlərinin Türkiyədə təlim keçməsi və Türkiyənin Somalidə hərbi baza yaratması barədə qərarlar qəbul edildi. 2015-ci ildə Xarici İşlər Nazirliklərinin nəzarəti altında yeni inkişaf layihələri imzalandı. Yeni hərbi, inzibati və ticarət müqavilələrini özündə birləşdirən bu müqavilə ilə Türkiyə-Somali münasibətləri zirvəyə çatdı.
2017-ci ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri, razılaşmalara əsasən, Somalinin paytaxtında TÜRKSOM Hərbi Təlim Bazasını yaratdı . Bazada yerləşən Anadolu Kazarması 550.000 kvadrat metr ərazini əhatə edir və Türkiyənin xaricdəki ən böyük hərbi bazasıdır. Somali hərbi qüvvələri kazarmada təlim keçir.
Somali Prezidenti Həsən Şeyx Mahmud, Türkiyə ilə Somali arasında 8 fevral 2024-cü ildə imzalanmış Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişinin 21 fevral 2024-cü ildə Somali Parlamenti tərəfindən təsdiqləndiyini açıqladı . Sazişə əsasən , Türkiyə növbəti 10 il ərzində Somali sularının təhlükəsizliyini qoruyacaq. Bu 10 il ərzində Türkiyə Somaliyə dəniz ehtiyatlarının inkişafına da kömək edəcək. Bu 10 ildən sonra Somali öz sularını qoruya biləcək. Digər tərəfdən, Türkiyə bölgədə neft və qaz kəşfiyyatı və hasilatı hüququnu əldə etdi. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar , Oruc Reis gəmisinin sentyabrın sonu və ya oktyabrın əvvəlində bölgəyə göndəriləcəyini bildirdi . Məhz bu proseslərdən sonra ABŞ administrasiyası diqqətini Somaliyə çevirdi.
ABŞ anlayır ki, Somalini Türkiyəyə "qapdırdı"
Daha dəqiq, ötən il martın 28-də Somali Prezidenti Hasan Şeyx Mohamudun amerikalı həmkarı Donald Trampa məktub göndərdiyi məlum olub. Məktubda faktiki Somali hökumətinin nəzarətində olmayan Berbera limanı və aviabazası, eləcə də Puntlenddəki Bosaso limanı və aviabazasının ABŞ-ın nəzarətinə verilməsi təklif edilib.
Hələlik Trampa Somali höküməti tərəfindən cavab verilməyib. Bu isə artıq hegemon ABŞ hərəkətə keçirib.
Xatırladaq ki, Amerika liderinin fikrincə, Somali həqiqətən korrupsiyalaşmış bir yerdir. “Bu, ölkə deyil. Onların hökuməti yoxdur, heç nələri yoxdur”, – Tramp deyib. “Bu, geridə qalmış ölkədir, yəqin ki, ən pis ölkədir. Dünyanın ən pis ölkəsi, ümumiyyətlə bir ölkə olduğunu söyləyirlər. Mən düşünmürəm ki, bu, ölkədir, orada heç bir təşkilat yoxdur. Onların polisi, silahlı qüvvələri yoxdur, heç nələri yoxdur”, – Tramp deyib.
Yəqin ki, Somali höküməti də anlayır ki, bölgəyə iş, rifah, təhlükəsizlik gətirən Türkiyə ilə il ərzində “ terrorçu axtarmaq bəhanəsi ilə Somali ərazilərini 100 cü dəfə bombalayan ABŞ arasındakı fərqi dəqiq görür və seçimini aparıb. Bu seçim təbii ki, ABŞ-ın ürəyincə olmayacaq.
Əntiqə Rəşid
13:28 / 21 Yanvar 2026
265
13:24 / 21 Yanvar 2026
45
12:59 / 21 Yanvar 2026
49
12:45 / 21 Yanvar 2026
66
12:43 / 21 Yanvar 2026
56
12:39 / 21 Yanvar 2026
53
12:14 / 21 Yanvar 2026
129
12:11 / 21 Yanvar 2026
72
11:36 / 21 Yanvar 2026
346
11:25 / 21 Yanvar 2026
12851
11:11 / 21 Yanvar 2026
533
11:03 / 21 Yanvar 2026
70
11:01 / 21 Yanvar 2026
52
10:56 / 21 Yanvar 2026
59
10:51 / 21 Yanvar 2026
55
10:44 / 21 Yanvar 2026
59
10:39 / 21 Yanvar 2026
74
10:29 / 21 Yanvar 2026
72
10:25 / 21 Yanvar 2026
69
09:57 / 21 Yanvar 2026
66
09:55 / 21 Yanvar 2026
181
09:53 / 21 Yanvar 2026
67
09:52 / 21 Yanvar 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.