Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
14 Noyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
682
19.01.2026, 19:49
“İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı həftəsonuna qədər bərpa olunacaq”.
Oxu24.com xəbər verir ki, bunu İranın vitse-prezidenti Hüseyn Afşin keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, internet şəbəkəsi ölkə üzrə tədricən bərpa edilərək, həftəsonuna qədər normal vəziyyətə qaytarılacaq.
H.Afşin qeyd edib ki, kəsintilərin davam edəcəyi ehtimalı nəzərə alınaraq, iri şirkətlərin fəaliyyətinin pozulmaması üçün “sabit IP” üzərindən internet xidmətinin göstərilməsi istiqamətində tədbirlər görülüb:
“Rəqəmsal iqtisadiyyat modelində təkcə şirkətlərin internetə çıxışı kifayət deyil. Bu müəssisələrin fəaliyyətinin davamlılığı istifadəçilərin və müştərilərin də internetə çıxış imkanlarından asılıdır”.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.
8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.
İran hakimiyyəti hadisələr zamanı ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) hadisələr nəticəsində 178-i təhlükəsizlik işçisi olmaqla ümumilikdə 3919 nəfərin həlak olduğunu, 24 669 nəfərin isə saxlanıldığını bildirib.Bakupost.az
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.