Putin ilk müəllimini iqamətgahında qonaq etdi
12 May 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
534
19.01.2026, 18:59
ABŞ Qrenlandiyanı ələ keçirmək üçün Avropanın 8 ölkəsinə əlavə tariflər tətbiq edib. Açıqlanan məlumatlardan görünür ki, Avropa ABŞ-nı cavabsız qoymayacaq. İlkin olaraq Avropa İttifaqına üzv ölkələr Qrenlandiya ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ-yə qarşı 93 milyard avro həcmində cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirir.
Bəs iqtisadi, logistika, hərbi əməkdaşlıq və s. sahələrdə başqa hansı tədbirlərlə Avropa İttifaqı ABŞ-ni çətin vəziyyətə sala bilər?
Siyasi şərhçi Tural İrfan bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, əsasən iqtisadi, ticarı və siyasi əlaqələrdə Avropa ABŞ-yə təzyiq göstərə bilər:
“Amma əsaslı şəkildə ciddi təsirə malik təzyiq göstərə bilməz. Çünki müəyyən mənada ticarı və iqtisadi əlaqələr, siyasi ortaqlıq Avropanın özünə zərər vura bilər. Avropanın ABŞ-ni çətin vəziyyətə sala bilməsi arzuolunan deyil. Əgər bu baş verərsə, dünyada sanksiyalar tüğyan edərək digər ölkələrin də iqtisadiyyatına mənfi təsir göstərəcək”.
T.İrfan ABŞ-nin Avropa ölkələrinə əlavə tariflər tətbiq etməsinin siyasi təzyiqlərlə bağlı olduğunu vurğulayıb:
“Avropa da öz təsirində olan ölkələrin ABŞ ilə müəyyən əlaqələrini məhdudlaşdıra, yaxud buna ciddi maneə yarada bilər ki, buradan da əlavə gərginlik yaranır. Hərbi əməkdaşlıq və iqtisadi əlaqələrin məhdudlaşdırılması Vaşinqton üçün müəyyən zərərlər gətirsə də, əslində bu da Avropanın özü üçün ağır nəticələrə gətirib çıxaracaq. Çünki ABŞ bu sahələrdə Avropadan asılı deyil. Qrenlandiyanı ələ keçirmək üçün ABŞ-nin səyləri, 8 Avropa ölkəsinə əlavə tariflər tətbiq etməsi Avropanın da müxtəlif addımlar atmasına əsas verir. Amma Avropa ABŞ-yə qarşı ciddi və təsirli müqavimət göstərə bilməz, həmçinin əlində elə vasitələr yoxdur”.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.