Dünya interneti İranın nəzarətinə keçir
12 May 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1979
17.01.2026, 20:01
Mövzuya 2019-cu ildə baş vermiş bir dialoqla başlamaq istəyirik: Deməli, Ramzan Kadırov qalmaqallı bir müsahibəsidə XIX əsrdə Qafqazdakı dağ xalqlarının lideri olmuş Şeyx Şamili əvvəl Rusiyaya qarşı vuruşub, sonra ruslar tərəfə keçməkdə ittiham edir və buna görə jurnalistlər, ictimai xadimlər, din adamları etiraz olaraq Mahaçqalada 100 nəfərin iştirak etdiyi aksiya keçirilir.Həmin vaxt aaksiyada çeçen bloqçu Tumso Abdurəhmanov deyib ki, Ramzanın sözləri onu təəccübləndirir, axı onun atası da təxminən eyni şeyi edib: "Niyə təxminən deyirəm? Çünki təslim olan Şeyx Şamildən fərqli olaraq sənin atan könüllü olaraq Rusiya tərəfə keçib".
Bəli, Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub.
Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. 2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində ölən ata Kadırov ölümündən sonra "Çeçenistan Respublikasının inkişafı və terrorizmlə mübarizədə göstərdiyi cəsarət və qəhrəmanlığa görə" Rusiya Qəhrəmanı adına layiq görüldü. Buna baxmayaraq Avropa və Ukrayna mediası yazırdı ki, ata Kadırovun ölümünü Rusiya dövlət xidməti orqanları həyata keçirib. Çünki siyasi və hərbi arenada təcrübəli, öz ölkəsində müəyyən qədər nüfuzlu, Rusiyanın bəzi tələbləri ilə müəyyən qədər razılaşmayan bir liderdənsə, Rusiyaya Ramzan Kadırov kimi dərin elmi, savadı, təcrübəsi olmayan, vəzifə, mənsəb, şöhrətpərəst bir gənclə işləmək daha sərfəli idi.
Bu terror hadisəsindən həmən sonra I Çeçen müharibəsində Çeçenistana qarşı döyüşmüş peşəkar polis zabiti Alu Alxanov 30 avqust 2004-cü ildə prezident seçildi. Amma hədəf Ramzan idi və o bunu anlayırdı deyə inciyə bilərdi. Odur ki, Putin Kadırovu 2004-cü ildə İkinci Rus- Çeçen müharibəsində rusların yanında olduğu üçün "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görür. 15 fevral 2007-ci ildə Putin Alxanov Rusiya ədliyyə nazirinin müavini təyin etdikdən sonra -
2007-ci ildə Çeçenistan rəhbəri postuna gətirilən Ramzan Kadırov bu günə qədər öz vəzifəsindədir.
20 avqustda Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırovun məzarını ziyarət edib. Rusiya imperiyasına xidmət göstərən hər kim olursa olsun, 100 illər keçsə də, o Rusiya tərəfindən hər zaman xatırlanır, mükafatlanır, təltif edilir, xəyanət etdiyi xalqın yaddaşına "qəhrəman" kimi qazılır.
Uzaqgörən Putin
26 fevralda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistan silahlı qüvvələrinin Ukraynaya yerləşdirildiyini elan edərək bildirib ki, Putin "düzgün qərar verib və biz istənilən halda onun əmrlərini yerinə yetirəcəyik". Elə həmin gün Rusiyanın dövlət media orqanı RT Çeçenistanın paytaxtı Qroznı şəhərinin əsas meydanında toplaşan 12.000 çeçen əsgərinin Ukraynada müharibəyə hazırlaşdığını göstərən video yayımladı . 2022-ci ilin iyun ayının sonlarında Kadırov tamamilə etnik çeçenlərdən ibarət dörd yeni batalyon yaradıldığını elan etdi . Kadırovun sözlərinə görə, "Şimal-Axmat", "Cənub-Axmat", "Qərb-Axmat" və "Şərq-Axmat" adlandırılan bu batalyonlar Ukraynada döyüşməyə göndərdi. Bundan dərhal sonra öz xalqının nümayəndələrini öz əli ilə Putinin qəsbkar istəklərinə qurban verən Ramzan Kadırova Putin tərəfindən general-polkovnik rütbəsi ilə mükafatlandırıldı. Aradan az müddət keçəndən sonra çeçen komandir Delimxanovla birlikdə 200-ə yaxın terrorçu, Kadırova yaxın olan şəxslər də məhv edilib:” Artilleriya işləyib. Yaralılar yoxdur, hətta təcili yardım maşınları da gəlməyib. Bütün meyitləri helikopterlərlə çıxarıblar. Yarım saat ərzində 12 helikopter uçub”.
Çeçen kişilərin tabutları Qroznıya daşındıqca çeçen analar, bacılar etirazlara qalxdı. Kadırov Qroznıda müharibə əleyhinə aksiya keçirməyə cəhd edən 40-a yaxın qadının cəzalandırıldığını dedi:” Cəza olaraq həmin qadınların qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib.
Təkcə 2023-cü ildə Kadırov 21 mindən çox çeçen Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyini deyirdi, amma Qroznıya qatar-qatar gələn tabutların sayı -hesabı bilinmirdi.
Ramzan Putinin ona verdiyi bütün ixtiyaratın sayəsində o bildiyini edirdi. Çeçenistanın bədən tərbiyəsi və idman naziri, respublika rəhbəri Ramzan Kadırovun oğlu 20 yaşlı Əhməd Kadırov(2005-ci il təvəllüd) Çeçenistan hökumətinin müvəqqəti sədr müavini təyin edilib. Kadırovun böyük qızı 22 yaşlı Ayşat 2021-ci ildən nazir olaraq respublikanın Mədəniyyət Nazirliyinə 2023-cü ildə isə baş nazirin müavini təyin olunub. 2023-cü ildə ölkənin səhiyyə naziri Adam Alxanov Ramzanın oğlu, 16 yaşlı Adam Kadırovu( 2007-ci il) təbrik edərək, Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqladı. 2024-cü ildə isə Kadırovun 19 yaşlı qızı Təbarik “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edildi. Nəhayət Kadırovun 12 övladının adına müxtəlif yatırımlar, daşınmaz əmlak , ticarət obektləri, sərvətlər var və sair.
Ramzan Kadırovun maliyyə qaynaqlarından biri formal olaraq onun atası Əhməd Kadırovun adına yaradılmış xeyriyyə fondudur. Təkcə 2019-cu ildə həmin fonda 6 milyard rubl (77 milyon 220 min ABŞ dolları) pul yığılıb. Lakin fondun xeyriyyəçilik məqsədləri ilə xərclədiyi məbləğ bunun qat-qat aşağısındadır.
Çeçenistanda hakimiyyət sistemi Kadırov-atanın və Kadırov-oğulun ailə bağları üzərində qurulub. Sadə çeçenlərin kasıbçılıq, imkansızlıq, hüquqsuzluq kimi ağır yüklərin altında əzilməsi Çeçenistanın 19 ildir təpəsinə çökmüş Kadırovların umrunda deyil. Xalqına zülm edib, öz mənafeyin xətrinə ailəsinə lüks həyat yaşadan heç bir diktatorun sonu xeyirliyə getməyib.
Əntiqə Rəşid
10:12 / 12 May 2026
11
10:00 / 12 May 2026
147
09:45 / 12 May 2026
41
09:44 / 12 May 2026
30
09:35 / 12 May 2026
61
09:09 / 12 May 2026
76
08:55 / 12 May 2026
239
00:26 / 12 May 2026
1630
00:06 / 12 May 2026
395
23:58 / 11 May 2026
211
23:54 / 11 May 2026
716
23:45 / 11 May 2026
1582
23:43 / 11 May 2026
114
23:40 / 11 May 2026
110
23:32 / 11 May 2026
132
23:24 / 11 May 2026
117
23:17 / 11 May 2026
980
23:15 / 11 May 2026
384
23:14 / 11 May 2026
5207
23:11 / 11 May 2026
341
23:10 / 11 May 2026
135
23:06 / 11 May 2026
366
22:59 / 11 May 2026
456
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.