Dünya interneti İranın nəzarətinə keçir
12 May 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
566
17.01.2026, 20:08
Almaniyanın premium avtomobil istehsalçıları Audi, BMW və Mercedes-Benz 2025-ci il üzrə qlobal satışlarda azalma ilə üzləşiblər.
Oxu24.com -un Avto.ru-ya istinadən məlumatına görə, “Böyük Üçlük” əsas bazarlarda, xüsusilə də Çində mövqelərini zəiflədib.
"Audi"nin qlobal satışları 2,9 faiz azalıb. Almaniyada qeydə alınan artım Çində (–5 faiz) və Şimali Amerikada (–12,2 faiz) yaşanan itkiləri kompensasiya etməyib. "BMW Group" ümumilikdə cüzi artım göstərsə də, əsas "BMW" brendinin satışları geriləyib və Çində "BMW" ilə "Mini"nin birgə satışları 12,5 faiz azalıb. "Mercedes-Benz" isə ən ciddi enişi yaşayan şirkət olub: satışlar Çində 19 faiz, Şimali Amerikada isə təxminən 12 faiz azalıb.
Ekspertlər bu tendensiyanı Çin bazarında yerli avtomobil istehsalçılarının sürətlə möhkəmlənməsi ilə əlaqələndirirlər. Çin istehsalı olan avtomobillərin həm qiymət, həm də texnoloji üstünlüklər baxımından daha cəlbedici olması, Avropa brendlərinin bazar payını daraldır.
Eyni mənzərə "Porsche"də də müşahidə olunur. Şirkət 2025-ci ildə satışların 10 faiz azaldığını açıqlayıb və bunu modellərin çatışmazlığı, eləcə də Çin avtomobil bazarındakı yavaşlama ilə izah edib.
10:00 / 12 May 2026
33
09:45 / 12 May 2026
32
09:44 / 12 May 2026
25
09:35 / 12 May 2026
50
09:09 / 12 May 2026
61
08:55 / 12 May 2026
225
00:26 / 12 May 2026
1514
00:06 / 12 May 2026
392
23:58 / 11 May 2026
209
23:54 / 11 May 2026
708
23:45 / 11 May 2026
1535
23:43 / 11 May 2026
112
23:40 / 11 May 2026
109
23:32 / 11 May 2026
131
23:24 / 11 May 2026
117
23:17 / 11 May 2026
979
23:15 / 11 May 2026
381
23:14 / 11 May 2026
5191
23:11 / 11 May 2026
339
23:10 / 11 May 2026
135
23:06 / 11 May 2026
363
22:59 / 11 May 2026
451
22:59 / 11 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.