Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: Hücum başlayır?
14 Yanvar 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
157
14.01.2026, 09:20
“Etirazçılar edam olunarsa, çox ciddi tədbirlər görəcəyik”.
Oxu24.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a verdiyi müsahibədə İranda bəzi etirazçıların edam edilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
İrandakı etirazları yaxından izlədiklərini deyən Tramp etirazçıların asılması ehtimalının ABŞ üçün “qırmızı xətt” olub-olmaması ilə bağlı suala cavab verib:
“Mən hələlik hər hansı bir edamdan xəbərsizəm. Amma əgər onları assalar, bunun qarşılığında bəzi şeylər görəcəklər. Belə bir hal baş verərsə, biz çox sərt tədbirlər görəcəyik”.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqtonun İrandakı etirazçılara kömək etmək üçün bir çox variantı var və bu yardımlar yalnız hərbi addımlarla məhdudlaşmır. O, iqtisadi və digər dəstək mexanizmlərinin də mümkün olduğunu bildirib.
Həmçinin oxuyun
Tramp prosesin yaxşı getmədiyini qeyd edib:
“İranda baş verənlərin olmasını istəmirik. Etiraz etmək bir şeydir, amma minlərlə insan öldürülməyə başlayanda vəziyyət dəyişir. İndi isə edamlardan danışılır. Gəlin görək, bu proses onlar üçün necə bitəcək. Yaxşı bitməyəcək”.
Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən başlayıb və qısa zamanda ölkənin bir çox şəhərinə yayılıb.
13:34 / 14 Yanvar 2026
28
13:25 / 14 Yanvar 2026
149
12:55 / 14 Yanvar 2026
38
12:44 / 14 Yanvar 2026
46
12:42 / 14 Yanvar 2026
48
12:36 / 14 Yanvar 2026
48
12:00 / 14 Yanvar 2026
50
11:55 / 14 Yanvar 2026
61
11:38 / 14 Yanvar 2026
85
11:23 / 14 Yanvar 2026
117
11:18 / 14 Yanvar 2026
283
11:05 / 14 Yanvar 2026
242
10:47 / 14 Yanvar 2026
81
10:32 / 14 Yanvar 2026
1180
10:18 / 14 Yanvar 2026
82
10:16 / 14 Yanvar 2026
69
10:10 / 14 Yanvar 2026
174
10:05 / 14 Yanvar 2026
75
10:04 / 14 Yanvar 2026
67
10:01 / 14 Yanvar 2026
79
09:57 / 14 Yanvar 2026
143
09:56 / 14 Yanvar 2026
129
09:47 / 14 Yanvar 2026
358
09:43 / 14 Yanvar 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.