Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə fabrikdə partlayış - 2 nəfər öldü 

news/2025_10_04/kocaeli_fabrika_2404177_1759578686.jpg

DÜNYA

529

04.10.2025, 16:30

Türkiyənin Kocaeli vilayətində yerləşən fabriklərin birində güclü partlayış baş verib.

Oxu24.com  “TRT Haber”ə istinadla xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həyatını itirib.

Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayışın səbəbi hələlik məlum deyil. Kocaeli Valiliyi baş vermiş hadisə ilə bağlı açıqlama yayaraq, qəzanın səbəblərinin araşdırılması üçün istintaqa başlanıldığını bildirib.