Qaynar xətt:

(+99450) 247 90 86

Yamal yenidən zədələndi 

news/2025_10_03/lamine_mans_obertes_gol_1759513001.jpg

DÜNYA

518

03.10.2025, 21:23

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

Oxu24.com  xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir. O, “Barselona” ilə beş oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Xatırladaq ki, L.Yamal cari mövsüm ərzində bundan öncə də qasıq nahiyəsindəki zədə səbəbindən bir neçə oyunu buraxmışdı.