SEPAH onlara icazə verdi
27 May 2026, 02:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
563
29.09.2025, 21:40
NetBlocks beynəlxalq internet monitorinq xidmətinin məlumatına görə, Əfqanıstanda internet xidməti kəsilib.
Hesabatda qeyd olunur ki, sentyabrın 29-da səhər saatlarında bir neçə şəbəkənin tədricən bağlanması müşahidə olunub. Hazırda monitorinq xidmətinin məlumatına görə, telefon rabitəsində də fasilələr qeydə alınıb.
Sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb.
Qərar prezident Hebətullah Axundzadə tərəfindən “əxlaqsızlıqla” mübarizə çərçivəsində verilib.
Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.
Bunun ardınca Əfqanıstanın şimal və qərbində internet kəsilməsi səbəbindən Kabil hava limanında xidmətdə fasilələrin yaşandığı bildirilib. Bəlx, Taxar, Baqlan və Bədəxşan əyalətlərindən olan sərnişinlər internetə çıxışın olmaması səbəbindən biletləri onlayn olaraq təsdiq edə, səyahət təfərrüatlarını turizm agentlikləri ilə əlaqələndirə və digər xidmətlər əldə edə bilməyiblər.
Taliban daha əvvəl qadınların kişi diş həkimlərinə getməsini qadağan etmişdi.
Nigar
02:51 / 27 May 2026
37
00:25 / 27 May 2026
104
00:19 / 27 May 2026
264
00:19 / 27 May 2026
111
00:17 / 27 May 2026
83
00:08 / 27 May 2026
208
00:01 / 27 May 2026
325
23:59 / 26 May 2026
192
23:56 / 26 May 2026
77
23:55 / 26 May 2026
71
23:48 / 26 May 2026
560
23:47 / 26 May 2026
77
23:40 / 26 May 2026
81
23:29 / 26 May 2026
215
23:27 / 26 May 2026
218
23:22 / 26 May 2026
188
23:18 / 26 May 2026
208
23:15 / 26 May 2026
86
23:13 / 26 May 2026
160
23:02 / 26 May 2026
193
22:58 / 26 May 2026
424
22:49 / 26 May 2026
82
22:45 / 26 May 2026
1029
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.