İranın yeni hədəf siyahısı: İndi məsələ Trampdan asılıdır
27 May 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
576
25.09.2025, 11:10
Finlandiya prezidenti Alexander Stubb BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünün genişləndirilməsini müdafiə edərək, Afrika, Asiya və Latın Amerikası nümayəndələri üçün yerlər təklif edib.
Oxu24.com xəbər verir ki, Stubb BMT Baş Assambleyasında çıxışı zamanı deyib: "Təhlükəsizlik Şurasında daimi üzvlərin sayı artırılmalıdır. Ən azı iki yeni yer Asiya, iki Afrika və bir Latın Amerikası üçün olmalıdır".
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi böyük ölçüdə müharibədən sonrakı dünya nizamını əks etdirir və qlobal təsirin hazırkı bölgüsünü əks etdirmir.
“Dünya kəskin şəkildə dəyişdiyinə görə, BMT-də qərar qəbulu da dəyişməlidir”, o bildirib.
Finlandiya prezidenti həmçinin hesab edir ki, heç bir dövlətin veto hüququ olmamalıdır.
“Təhlükəsizlik Şurasının üzvü BMT Nizamnaməsini pozarsa, onun səsvermə hüququ dayandırılmalıdır”, o əlavə edib.
Stubb müharibədən sonrakı dünya nizamının sona çatdığını, lakin yeni nizamın konturlarının qeyri-müəyyən olaraq qaldığını və formalaşmasının beş-on il çəkə biləcəyini bildirdi. Onun sözlərinə görə, qlobal güc balansı tədricən qlobal Cənub və Şərqə doğru dəyişir.
Eyni zamanda o, “çoxtərəfliliyi” təbliğ edənlərlə “çoxqütblülük və ya tranzaksiya dili”ndə danışanlar arasında gərginliyin getdikcə artdığı fikrini ifadə edib.
Nigar
14:11 / 27 May 2026
1
14:03 / 27 May 2026
140
13:50 / 27 May 2026
35
13:40 / 27 May 2026
49
13:30 / 27 May 2026
42
13:15 / 27 May 2026
64
13:10 / 27 May 2026
65
13:01 / 27 May 2026
76
12:58 / 27 May 2026
180
12:50 / 27 May 2026
176
12:46 / 27 May 2026
146
12:25 / 27 May 2026
73
12:10 / 27 May 2026
98
12:00 / 27 May 2026
87
11:58 / 27 May 2026
457
11:31 / 27 May 2026
1283
11:29 / 27 May 2026
254
11:23 / 27 May 2026
87
11:13 / 27 May 2026
91
11:11 / 27 May 2026
96
11:09 / 27 May 2026
89
11:02 / 27 May 2026
91
10:53 / 27 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.