Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya-Ukrayna döyüşləri yenidən şiddətlənib

news/2025_09_16/rusiya_ukrayna_2_1758038780.jpg

DÜNYA

506

16.09.2025, 20:00

Sentyabrın 15-də Rusiya və Ukrayna arasında 208 döyüş baş verib, ən çox toqquşma Pokrovsk istiqamətində (54 dəfə) qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, Ukrayna ordusu son sutkada Rusiya tərəfdən 910 hərbçini zərərsizləşdirib, 5 zirehli texnika məhv edilib. Kiyev vilayəti və Zaporojyeyə raket zərbələri endirilib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 2 "R18" dronunun vurulduğunu, Kupyansk-Xarkov istiqamətində isə 5 km-lik irəliləyiş əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketinin təqdimatı təxirə salına bilər. ABŞ dövlət katibi Marko Rubio isə Donald Trampın yaxın günlərdə Zelenski ilə görüşə biləcəyini bildirib.