Xəzər dənizində terror aktlarının qarşısı alınıb
17 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
569
19.08.2025, 10:55
Kanada Vaşinqton danışıqları fonunda dünya düzənindəki dəyişikliklərə işarə edir/
ABŞ prezidenti Donald Trampın Avropa liderləri və Vladimir Zelenski ilə danışıqları dünya nizamının dəyişməyə başladığını göstərdi.
Oxu24.com xəbər verir ki, bu barədə The Globe and Mail məlumat yayıb.
Nəşr “72 saatlıq böyük güc danışıqlarından və geosiyasi təlatümlərdən sonra dünya başqa istiqamətə fırlanmağa başlayıb”,-deyə qeyd edir.
Məqalə müəllifləri qeyd edirlər ki, “birdən-birə Avropa ölkələri Vaşinqtona qarşı birləşib”.
Bundan əlavə, nəşr yazır ki, səkkiz ay əvvəl Avropanın maraqlarını qorumağa hesablanmış qüvvə olan ABŞ “öz maraqları üçün təhlükəyə” çevrilib.
Daha əvvəl “The Washington Post” yazıb ki, Trampın Zelenski ilə salamı Rusiya prezidenti Vladimir Putin üçün qırmızı xalçadan az qalıb.
Bazar ertəsi Tramp Zelenskini və Avropa İttifaqı ölkələrinin liderlərini Ağ Evdə qəbul edib. Daha sonra ABŞ prezidenti, Kiyev rejiminin başçısı və Avropa dövlətlərinin rəhbərləri arasında danışıqlar aparılıb.
Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Giorgia Meloni, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte Zelenski ilə birlikdə Vaşinqtona gəliblər.
Donald Tramp Zelenski ilə danışıqlardan sonra Ukrayna üzrə üçtərəfli görüşə hazırlıqlara başladığını açıqlayıb. Tramp Kiyevə və onun Avropa İttifaqındakı tərəfdaşlarına Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı görüşdə ona söylədiyi münaqişənin həlli ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdırmaq niyyətində idi. Donald Trampın bəyanatları fonunda Avropa Kiyev rejiminə silah tədarükünü davam etdirmək və Moskvaya sanksiya təzyiqini saxlamaq təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, Aİ ölkələrinin liderləri Kiyevin NATO-ya daxil olması ilə bağlı məhdudiyyətlərə qarşı çıxış ediblər.
Miri
10:32 / 17 Noyabr 2026
1
10:30 / 17 Noyabr 2026
29
10:22 / 17 Noyabr 2026
35
10:17 / 17 Noyabr 2026
42
10:13 / 17 Noyabr 2026
49
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
96
09:54 / 17 Noyabr 2026
434
09:45 / 17 Noyabr 2026
62
09:43 / 17 Noyabr 2026
79
09:36 / 17 Noyabr 2026
70
09:33 / 17 Noyabr 2026
349
09:31 / 17 Noyabr 2026
96
09:28 / 17 Noyabr 2026
106
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
90
09:04 / 17 Noyabr 2026
94
08:26 / 17 Noyabr 2026
81
00:49 / 17 Noyabr 2026
170
00:34 / 17 Noyabr 2026
361
00:17 / 17 Noyabr 2026
167
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.