Xəzər dənizində terror aktlarının qarşısı alınıb
17 Noyabr 2026, 10:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
552
18.08.2025, 22:44
Hindistan TV-nin hökumətdəki mənbəyə istinadən verdiyi məlumata görə, ölkənin İqtisadi Məsləhət Şurası ABŞ administrasiyası tərəfindən Hindistan mallarına yeni tariflərin tətbiqini müzakirə edəcək.
Telekanalın məlumatına görə, görüş ABŞ-ın tətbiq etdiyi 25 faizlik tariflər kontekstində iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirmək üçün təşkil edilib. Yeddi nazirin, o cümlədən maliyyə departamentinin rəhbərinin iştirakı gözlənilir.
Kanal qeyd edir ki, şura iclası Çinin xarici işlər naziri Vanq Yinin Hindistana iki günlük səfəri ilə eyni vaxtda və xarici işlər naziri Subrahmanyam Caişankarın Rusiyaya səfərindən bir neçə gün əvvəl keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, Hindistanın ABŞ ilə ticarət əlaqələrində qeyri-müəyyənlik fonunda Pekin və Moskva ilə əməkdaşlığı intensivləşdirmək istəyi ilə bağlıdır.
Avqustun 6-da ABŞ Hindistanın Rusiya neft və neft məhsullarını almasına cavab olaraq Hindistan mallarına idxal rüsumlarını 25%-dən 50%-ə qaldırdığını elan edib. ABŞ prezidenti Donald Tramp Hindistanı “hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına” və Çinlə yanaşı, Rusiya enerjisinin “ən böyük alıcılarından biri” olduğuna görə tənqid edib. Eyni zamanda Hindistanın Xarici İşlər Nazirliyi ABŞ və Aİ-nin Rusiya neftinin idxalı ilə bağlı tənqidlərini əsassız adlandırıb.
10:32 / 17 Noyabr 2026
1
10:30 / 17 Noyabr 2026
29
10:22 / 17 Noyabr 2026
35
10:17 / 17 Noyabr 2026
42
10:13 / 17 Noyabr 2026
49
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
96
09:54 / 17 Noyabr 2026
434
09:45 / 17 Noyabr 2026
62
09:43 / 17 Noyabr 2026
79
09:36 / 17 Noyabr 2026
70
09:33 / 17 Noyabr 2026
349
09:31 / 17 Noyabr 2026
96
09:28 / 17 Noyabr 2026
106
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
90
09:04 / 17 Noyabr 2026
94
08:26 / 17 Noyabr 2026
81
00:49 / 17 Noyabr 2026
170
00:34 / 17 Noyabr 2026
361
00:17 / 17 Noyabr 2026
167
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.