Qaynar xətt:

(+99450) 247 90 86

İordaniya  ordunu geri qaytarır

news/2025_08_18/iordan_1755542387.jpg

DÜNYA

485

18.08.2025, 22:38

İordaniya 33 ildən sonra hərbi xidmətini bərpa edir və ilk çağırış 6000 nəfəri əhatə edir.

Oxu24.com  xəbər  verir   ki,bu barədə krallıq hökumətinin nümayəndəsi Məhəmməd əl-Momani məlumat verib.

İordaniya Milli Xəbər Agentliyi xəbər verir ki, ilk işə qəbul 1 fevral 2026-cı ildə başlayacaq.

"Proqram hər il üç növbədə, hər biri üç ay davam edəcək və bu, əvvəllər təsdiq edilmiş təlim müddətinə uyğun olacaq. Proqramın iştirakçıları ilkin hərbi təlim keçəcəklər", - Məhəmməd əl-Momani bildirib.

İordaniya ordusuna ilk çağırış çərçivəsində 2007-ci il təvəllüdlü 6 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır. Hakimiyyət xəbərdarlıq edir ki, xidmətdən yayınanların cəzası üç aydan bir ilədək həbsdir.

Ölkədə icbari xidmət 1992-ci ildə İsraillə sülh sazişinin imzalanmasından sonra ləğv edilib. O vaxtdan bəri hakimiyyət dəfələrlə bu praktikanı bərpa etməyə çalışıb. Yerli KİV-lər qeyd edirlər ki, xidməti bərpa etmək qərarı İsraillə münasibətlərin pisləşməsi və onun İordan çayının qərb sahilinə ərazi iddiaları ilə bağlı ola bilər.

Miri