Qaynar xətt:

(+99450) 247 90 86

Putin Tacikistan prezidenti ilə danışdı

news/2025_08_18/putin_rehman_1755519991.jpg

DÜNYA

467

18.08.2025, 16:25

Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin həlli üçün siyasi və diplomatik yolların tapılması səylərini dəstəkləyib.

Oxu24.com xəbər verir   ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Rəhmona Alyaskada ABŞ prezidenti Donald Trampla danışıqların nəticələri barədə danışıb.

Bundan əlavə, iki ölkə liderləri cari əməkdaşlıq məsələlərini, o cümlədən Putinin Tacikistana dövlət səfərinə, Mərkəzi Asiya-Rusiya sammitinə, MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Tədbirlər oktyabrda Düşənbədə keçiriləcək.

Avqustun 15-də Putin və Tramp son 7 ildə ilk dəfə genişmiqyaslı görüş keçiriblər. Sammit Ankoric yaxınlığındakı Alyaskanın Elmendorf-Richardson hərbi bazasında keçirilib və liderlərin “əhəmiyyətli irəliləyiş” ifadə etməsi, lakin sülh sazişləri imzalanmaması ilə başa çatıb. Siyasətçilər əsas məsələləri müzakirə ediblər: Ukraynada silahlı münaqişəyə son qoyulması, nüvə silahlarına nəzarət perspektivləri, ABŞ-Rusiya iqtisadi və təhlükəsizlik əlaqələrinin bərpası. 

Nigar