Qaynar xətt:

(+99450) 247 90 86

Almaniyanın xarici işlər naziri Rusiyaya təzyiqləri artırmağa çağırıb

news/2025_04_30/alman_1746007840.jpg

DÜNYA

488

18.08.2025, 12:42

Almaniyanın xarici işlər naziri Yohan Vadepoel Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında keçiriləcək görüşdən əvvəl Moskvanı “ədalətli və davamlı sülh” naminə güzəştə getməyə məcbur etmək üçün Rusiyaya təzyiqi artırmağa, o cümlədən Ukraynaya yardımı artırmağa çağırıb.

Oxu24.com   xəbər verir ki, o, bunu Tokioda çıxışı zamanı deyib.

"Bütün dünyanın Vaşinqtona baxdığını söyləmək yəqin ki, mübaliğə olmaz. Etibarlı təhlükəsizlik təminatları çox vacibdir, çünki Ukrayna hətta atəşkəs və sülh sazişindən sonra da özünü effektiv şəkildə müdafiə edə bilməlidir", - o, Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə birgə mətbuat konfransında deyib.

 ABŞ prezidenti Donald Tramp Kiyevi Rusiya lideri Vladimir Putinlə Alyaskada hazırladığı planı qəbul etməyə sövq edir.

Bu plana görə, Rusiya şimaldakı kiçik əraziləri, Ukrayna isə Donbasdakı daha böyük əraziləri geri qaytaracaq.

Bundan əvvəl Tramp bildirib ki, Ukrayna lideri Krımı Rusiya kimi tanısa və NATO-ya üzv olmaqdan imtina edərsə, Rusiya ilə münaqişəni “demək olar ki, dərhal” dayandıra bilər.

Miri