Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
504
02.04.2025, 19:53
İran prezidenti Məsud Pezeşkian çərşənbə günü günortadan sonra Küveyt əmiri Nəvaf Əl-Əhməd Əl-Cabir əs-Sabah ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Əl-Sabah ölkəsinin Tehranla dostluq münasibətlərinə dəyər verdiyini təsdiqləyib və vurğulayıb ki, Küveyt öz ərazisindən başqa ölkəyə qarşı hər hansı təcavüz aktının törədilməsinə icazə vermir və heç vaxt imkan verməyəcək, çünki bu mövqe “konstitusiyada dərindən təsbit olunub və heç bir şəraitdə dəyişməz qalacaq”.
İsrailin i24NEWS telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt İrana mümkün hücumlar üçün öz hava bazalarını verməkdən imtina ediblər.
Bazar ertəsi səhər üç körfəz ölkəsi ABŞ-ın öz ərazilərindən İrana qarşı hərbi əməliyyat keçirməsinə icazə verməyəcəkləri barədə gizli şəkildə Tehrana məlumat verib.
Mənbə həmçinin təsdiqləyib ki, Səudiyyə Ərəbistanı və Küveyt İran tərəfinə bu qadağanın təkcə zərbələrə deyil, həm də dəstək əməliyyatlarına, o cümlədən hücumla bağlı hər hansı missiyalar zamanı ABŞ tanker təyyarələrinə və ya kəşfiyyat təyyarələrinə yanacaq doldurulmasına aid olduğunu bildirib.
Miri
12:41 / 19 Noyabr 2026
16
12:27 / 19 Noyabr 2026
30
12:13 / 19 Noyabr 2026
64
12:07 / 19 Noyabr 2026
74
11:57 / 19 Noyabr 2026
76
11:45 / 19 Noyabr 2026
83
11:30 / 19 Noyabr 2026
106
11:15 / 19 Noyabr 2026
87
11:10 / 19 Noyabr 2026
89
11:05 / 19 Noyabr 2026
94
11:00 / 19 Noyabr 2026
105
11:00 / 19 Noyabr 2026
110
10:55 / 19 Noyabr 2026
98
10:47 / 19 Noyabr 2026
95
10:32 / 19 Noyabr 2026
389
10:21 / 19 Noyabr 2026
288
10:19 / 19 Noyabr 2026
371
10:11 / 19 Noyabr 2026
104
10:07 / 19 Noyabr 2026
118
09:58 / 19 Noyabr 2026
802
09:56 / 19 Noyabr 2026
133
09:48 / 19 Noyabr 2026
171
09:45 / 19 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.