Qaynar xətt:

(+99450) 247 90 86

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi

DÜNYA

618

08.12.2024, 17:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

Publika.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

***

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

Publika.az xəbər verir ki, nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.

İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. 32 il köçkünlük həyatı yaşayan Şuşa sakinlərinin də doğma yurdlarına qayıdışı reallaşıb.

Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Daha sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları və Bülbülün ev muzeyi ilə tanışlıq olub.

Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyəti sonra Xankəndi şəhərinə yola düşüb.

***

Dekabrın 7-də Milli Məclisdə keçirilmiş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində bu gün ilk olaraq Füzuli rayonunda olublar.

Publika.az xəbər verir ki, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər. Onlara 30 illik işğal zamanı Ermənistan tərəfindən Füzuli rayonunda törədilən dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.

Nümayəndə heyəti sonra Şuşaya yola düşüb. Onları Milli Məclis sədrinin müavini Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət edirlər.

***

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

OXU24.COM  xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Regionun qonaqlara tanıdılması Füzuli aeroportundan başlanıb. Burada qonaqlara hava limanı ərazisinin minalardan təmizlənməsi və qısa müddətdə yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qonaqlar Füzuli rayonuna səfərləri çərçivəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.

Bizi Telegram-da izləyin

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

16:20 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

124

0
Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

16:05 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

105

0
Sabirabadda evlənmək məqsədilə qaçırılan azyaşlı qız və oğlan tapılıb 

16:00 / 21 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabirabadda evlənmək məqsədilə qaçırılan azyaşlı qız və oğlan tapılıb 

150

0
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:49 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

141

0
Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu

15:48 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xalqın İnamından Doğan Güc: Yeni Azərbaycan Partiyasının Şərəfli Yolu

108

0
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib 

15:36 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib 

139

0
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar 

15:35 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar 

108

0
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib 

15:32 / 21 Noyabr 2026

SİYASƏT SİYASƏT

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib 

127

0
28 yaşlı hüquqşünas vəfat etdi 

15:30 / 21 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

28 yaşlı hüquqşünas vəfat etdi 

525

0
Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

15:29 / 21 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

111

0
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var 

14:55 / 21 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var 

129

0
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir 

14:50 / 21 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir 

146

0