Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
288
14.10.2024, 19:55
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bazar ertəsi günü bu il və gələn il qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını yenidən aşağıya doğru nəzərdən keçirib. Bu baxış ardıcıl üçüncü dəfə həyata keçirilib.
Oxu24.com xəbər verir ki, Oktyabr ayı üçün aylıq neft bazarı hesabatında OPEC 2024-cü ildə qlobal neft tələbi artımının sutkada 1,93 milyon barel olacağını bildirib ki, bu da ötən ayki artım proqnozundan sutkada 106 min barel azdır.
Təşkilatın fikrincə, bu düzəliş "müəyyən bölgələrdə neft tələbi göstəriciləri ilə bağlı bir qədər aşağı gözləntilərlə birlikdə alınan faktiki məlumatlarla" bağlıdır.
Üçüncü ardıcıl azalma proqnozuna baxmayaraq, OPEC bu il qlobal neft tələbatının artımının "COVID-19 pandemiyasından əvvəl görülən 1,4 milyon barellik tarixi orta göstəricidən hələ də xeyli yüksək olduğunu" bildirib.
Neft istehsalçıları assosiasiyası 2025-ci il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu ötən ayki 1,74 milyon barellə müqayisədə sutkada 1,64 milyon barelə endirib.
OPEC avqust və sentyabr aylarında dərc etdiyi aylıq bazar hesabatlarında 2024 və 2025-ci illərdə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını iki dəfə azaldıb. Avqust ayına qədər OPEC 2023-cü ilin iyulunda ilk dəfə dərc olunduğundan bəri bu il 2,25 milyon barel, gələn il isə 1,85 milyon barel olaraq təxminlərini dəyişməyərək saxlamışdı.
Bu ilin sentyabrında OPEC və onun müttəfiqlərinin birliyi olan OPEC+-ın səkkiz üzv ölkəsi neft hasilatının könüllü azaldılması müddətinin iki ay - noyabr ayına qədər uzadıldığını elan edib. Dekabrdan başlayaraq bu ölkələr neft hasilatına qoyulan məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağa başlayacaqlar.
Nigar
00:11 / 23 Noyabr 2026
1
23:56 / 22 Noyabr 2026
53
23:43 / 22 Noyabr 2026
167
23:28 / 22 Noyabr 2026
204
23:26 / 22 Noyabr 2026
84
22:59 / 22 Noyabr 2026
321
22:36 / 22 Noyabr 2026
123
22:08 / 22 Noyabr 2026
879
21:14 / 22 Noyabr 2026
149
21:06 / 22 Noyabr 2026
156
20:56 / 22 Noyabr 2026
1434
20:30 / 22 Noyabr 2026
499
19:33 / 22 Noyabr 2026
1066
19:20 / 22 Noyabr 2026
160
19:05 / 22 Noyabr 2026
1383
18:54 / 22 Noyabr 2026
147
18:49 / 22 Noyabr 2026
183
18:21 / 22 Noyabr 2026
473
18:16 / 22 Noyabr 2026
220
18:02 / 22 Noyabr 2026
183
17:59 / 22 Noyabr 2026
173
16:38 / 22 Noyabr 2026
236
16:29 / 22 Noyabr 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.