Qaynar xətt:

(+99450) 247 90 86

Bayden: "Qərb Ukraynaya onlarla hava hücumundan müdafiə sistemi təhvil verəcək"

Bayden: "Qərb Ukraynaya onlarla hava hücumundan müdafiə sistemi təhvil verəcək"

DÜNYA

319

10.07.2024, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ və müttəfiqləri yaxın aylarda Ukraynaya beş strateji və onlarla taktiki hava hücumundan müdafiə sistemi təhvil verəcək.

 

Oxu24.com xəbər verir ki, bu sözləri Amerika prezidenti Co Bayden Vaşinqtonda NATO-nun yubiley sammitinin rəsmi açılış mərasimində deyib.


"ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya Ukraynaya əlavə beş strateji hava hücumundan müdafiə sistemi verəcək", - Ağ Evin sahibi bildirib.

 

O əlavə edib ki, Vaşinqton və onun tərəfdaşları yaxın aylarda Ukraynaya onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi də tədarük edəcəklər.

 

Bundan əlavə, Kiyev 2025-ci ildə Qərbdən yüzlərlə hava hücumundan müdafiə sistemləri alacaq, Bayden qeyd edib.

 

Nigar