"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
222
26.06.2024, 19:39
Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi Belarusa qarşı yeni sanksiyalar paketini qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın nümayəndələri məlumat veriblər.
“Bu sanksiyalar paketi Rusiyanın Ukraynaya müdaxiləsinə, o cümlədən sanksiyalardan yayınma ilə mübarizəmizi gücləndirəcək”.
Avropalı diplomatlardan birinin sözlərinə görə, sanksiyalar ikili təyinatlı malları, o cümlədən məişət cihazlarında istifadə edilən çipləri, həmçinin qabaqcıl texnologiyalar və hərbi məhsulları əhatə edir.
Deutsche Welle qeyd edir ki, bu, Belçikanın başçılıq etdiyi daimi nümayəndələrin sonuncu görüşü olduğundan Belarusa qarşı yeni sanksiyalar məsələsi təcili olaraq gündəmə gətirilib.
İyulun 1-dən Avropa İttifaqına Macarıstan rotasiya ilə rəhbərlik edəcək. “Son aylar məlum oldu ki, Rusiyaya qarşı sanksiyaların əsas yayınması Belarus vasitəsilə baş verir.
Biz 14-cü paketlə bağlı danışıqlar apararkən diqqətimizi yalnız Rusiyaya yönəltdik, lakin hələ də bağlanmalı olan boşluq qalır”, - DW-nin Brüsseldəki diplomatik mənbəsi bildirib.
İyunun 24-də Avropa İttifaqı Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı yeni, on dördüncü sanksiyalar paketini təsdiqləyib. Sanksiyalar 116 nəfər və şirkətə şamil edilir və həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə də tətbiq edilir. Aİ Rusiyadan LNG almağa davam edəcək, lakin onun təkrar ixracını qadağan edəcək. Aİ Rusiyanın “kölgə” donanmasına da məhdudiyyətlər qoyub və 27 gəmi sanksiyalara məruz qalıb. Onların Avropa limanlarına girişi, Aİ şirkətlərinin isə onlara xidmət göstərməsi qadağan edilib.
Nigar
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.