"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
293
26.06.2024, 18:31
Çinin WZ-7 kəşfiyyat pilotsuz təyyarəsi Koreya Respublikasının Hava Hücumundan Müdafiə Təsnifat Zonasına (KADIZ) daxil olduqdan sonra Koreya Respublikası döyüş təyyarələrini təqib edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Korean Times” qəzeti Cənubi Koreya Baş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
“Ordumuz Çinin kəşfiyyat pilotsuz təyyarəsini hələ KADİZ-ə girməzdən əvvəl aşkar edib. Hərbi Hava Qüvvələri döyüş təyyarələrini yerləşdirib və lazımi tədbirləri görüb”, - komitənin açıqlamasında bildirilir.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi də məlumat verib ki, iyunun 25-də Çinə məxsus pilotsuz uçan aparat Yodo Rokunun cənub-qərbindəki ərazidə Koreya Respublikasının hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Dron orada təxminən 50 dəqiqə uçuş edib.
Qəzet hərbçilər arasında olan mənbələrə istinadən bunun WZ-7 PUA olduğunu ehtimal edir.
Nəşrin müəllifi bildirib ki, bu tip pilotsuz təyyarə kəşfiyyat üçün istifadə edilib.
Bunun Koreya Respublikası, ABŞ və Yaponiyanın Freedom Edge üçtərəfli təlimləri ərəfəsində edildiyi iddia edilir.
Bundan bir qədər əvvəl Seulun əsas hava limanı olan İnçon Beynəlxalq Hava Limanının beynəlxalq və daxili reyslərə uçuşları dayandırdığı bildirilir. Buna səbəb Koreya Xalq Demokratik Respublikasının göndərdiyi zibillə dolu şarlar olub.
Miri
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.