Qaynar xətt:

(+99450) 247 90 86

ÜST rəhbəri: "İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır"

ÜST rəhbəri: "İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır"

DÜNYA

242

19.06.2024, 13:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı video mesajda deyib.

O bildirib ki, bu böhran hipotetik deyil, uzaqda deyil:

"Bu böhran hazırda qapımızdadır, onunla üzləşirik. Milyonlarla insan quraqlıqdan kəskin temperatur artımından əziyyət çəkir".

T.Qebreyesu iqlim dəyişikliyinə adaptasiyanın və onun nəticələrinin yumşaldılmasının əhəmiyyətini vurğulayıb.