Qaynar xətt:

(+99450) 247 90 86

Tailandda eynicinsli evlilik təsdiqlənib

Tailandda eynicinsli evlilik təsdiqlənib

DÜNYA

303

18.06.2024, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tailand Senatı (parlamentin yuxarı palatası) eynicinsli nikahların tanınması haqqında qanun layihəsini üçüncü yekun parlament oxunuşunda təsdiqləyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Praçatay” qəzeti məlumat yayıb.

 

Səsvermədə iştirak edən senatorlardan 130-u qanun layihəsinin lehinə, 4-ü əleyhinə çıxış edib, 18-i isə bitərəf qalıb.

 

Royal Gazette-də dərc edildikdən 120 gün sonra qanun qüvvəyə minəcək, bundan sonra Tayland eynicinsli nikahları qanuniləşdirən ilk Cənub-Şərqi Asiya (ASEAN) ölkəsi olacaq.

 

Əvvəlki Tailandın hökumətləri artıq 2023-cü ildə eynicinsli birliklərin hüquqi tanınmasının bəzi formalarını nəzərdən keçiriblər. Müxalif İrəli Hərəkət Partiyasının təklif etdiyi bu cür nikahları leqallaşdırmaq üçün qanun layihəsinin qəbul edilməsinə dair sonuncu cəhd, digər rəqabətli qanun layihələri və 2023-cü ilin mayında keçiriləcək parlament seçkiləri səbəbindən uğursuzluğa düçar oldu.

 

Nigar