Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan mitinqində Rusiya izi - İrəvana ağır texnika gətirildi

2018-04/1524646226_ermenistan-mitinq.jpg

DÜNYA

1760

25.04.2018, 12:51

 Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyaları yenidən başlayıb.
Oxu24.com  erməni mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyaları Respublika meydanında müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazçılar Respublikaçı Partiyasının iqtidardan getməsini istəyirlər. Qeyd edək ki, Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla görüşü nəzərdə tutulsa da məlum olmayan səbəbdən görüş alınmayıb. Ermənistan polisinin xüsusi zirehli texnikaları İrəvan meydanına yerləşdirilir. Hazırda Ermənistanln bələdiyyə binasının yaxınlığındakı ərazidə polis qüvvələri cəmləşdirilir. Kadrlarda İrəvanın şəhərdaxili avtobuslarının polislərin daşınmasına xidmət etdiyi və mərkəzi meydana doğru zirehli texnikaların hərəkət etdiyi görünür. Xatırladaq ki, hazırda Ermənistanda etiraz aksiyaları yenidən başlayıb və etirazçılar Respublika meydanına doğru hərəkət edirlər.