Batumi aeroportunda “Beşiktaş” və “Hapoel” azarkeşləri toqquşdu - VİDEO
28 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
424
06.02.2024, 12:30
Danimarka Müdafiə Kəşfiyyat İdarəsinin yenilənmiş qiymətləndirməsində deyilir ki, Rusiya alyansı zəiflətmək və parçalamaq üçün hərbi vasitələrdən istifadə etməklə NATO-ya təzyiq göstərəcək.
Oxu24.com xəbər verir ki,Analitiklər hesab edirlər ki, Kremlin dünyanın ən güclü hərbi bloku ilə birbaşa silahlı münaqişəyə səbəb olmağa çalışacağı ehtimalı azdır, lakin onu daxildən sarsıtmağa çalışacaq.
“Çox güman ki, Rusiya öz hərəkətləri NATO-nun 5-ci maddəsini işə salmamaq üçün ehtiyatlı olmağa davam edəcək. Amma çox güman ki, o, 5-ci maddənin hüdudlarından kənara çıxmadan alyans ölkələrinə meydan oxumağa imkan verəcək hərbi vasitələrdən istifadə edəcək”, - kəşfiyyat xidməti vurğulayır.
Bu, ayrı-ayrı dövlətlərə, xüsusən də Baltikyanı regiona təzyiq göstərməklə edilə bilər: məsələn, Rusiya onların hava və ya dəniz məkanını döyüş təyyarələri və ya döyüş gəmiləri ilə poza, ümumi quru sərhədləri boyunca qoşun toplayıb orada təlimlər keçirə bilərdi.
Danimarka Kral Müdafiə Akademiyasının hərbi analitiki Anders Park Nielsen hesab edir ki, Rusiyanın uzunmüddətli məqsədi NATO-nun sabitliyini pozmaqdır. Onun fikrincə, Kreml ümid edir ki, 5-ci maddədə yer alan hücum zamanı bir-birinin köməyinə gəlmək vədi boş sözlərdən ibarət olacaq.
Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Flemming Splidsboel də bu fikirdədir. “Hər hansı bir ölkənin ərazisini ələ keçirmək cəhdləri mümkün deyil, lakin bunlar NATO-nun qərar qəbul etmə proseslərinə zərbə vurmaq, birliyə meydan oxumaq və Şimali Atlantika Alyansının iradəsini zəiflətmək məqsədi daşıyan əməliyyatlar ola bilər”, - deyə o bildirib.
Bundan əvvəl Danimarka və daha 9 Avropa ölkəsinin hərbi rəhbərləri uzunmüddətli perspektivdə Rusiyanı cilovlamaq üçün öz milli ordularını yenidən silahlandırmaq zərurətini bəyan etmişdilər. Kremlin vəziyyətə uyğunlaşa bilməsi və iqtisadiyyatı tez bir zamanda müharibə vəziyyətinə keçirməsi çoxlarını təəccübləndirdi və bəzi Avropa hökumətləri artıq NATO-nun silah istehsalını eyni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə il vaxtının olması barədə danışmağa başlayıblar.
Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından sonra Rusiyanın Baltik dənizi regionunda strateji mövqeləri zəiflədi və indi həm regionun özündə, həm də ölkənin şimal-qərbində bölmələr yaradaraq, hərbi üstünlüyünü bərpa etməyə çalışır. Kəşfiyyat xəbərdar edir ki, onun qüvvələri artdıqca, Kremlin risk etmək istəyi artacaq.
Nigar
17:43 / 28 Noyabr 2026
59
16:40 / 28 Noyabr 2026
126
16:35 / 28 Noyabr 2026
102
16:07 / 28 Noyabr 2026
113
15:49 / 28 Noyabr 2026
461
15:41 / 28 Noyabr 2026
187
15:07 / 28 Noyabr 2026
195
14:55 / 28 Noyabr 2026
143
14:38 / 28 Noyabr 2026
268
14:09 / 28 Noyabr 2026
173
13:52 / 28 Noyabr 2026
764
13:22 / 28 Noyabr 2026
1162
13:02 / 28 Noyabr 2026
268
12:56 / 28 Noyabr 2026
172
12:43 / 28 Noyabr 2026
472
12:12 / 28 Noyabr 2026
1589
12:05 / 28 Noyabr 2026
184
11:50 / 28 Noyabr 2026
205
11:21 / 28 Noyabr 2026
199
11:13 / 28 Noyabr 2026
184
10:46 / 28 Noyabr 2026
325
10:39 / 28 Noyabr 2026
490
10:29 / 28 Noyabr 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.