Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna neft emalı zavodunu vurmaq üçün dronlardan istifadə edib

Ukrayna neft emalı zavodunu vurmaq üçün dronlardan istifadə edib

DÜNYA

362

25.01.2024, 22:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Tuapse şəhərindəki neft emalı zavodunu vurmaq üçün dronlardan istifadə edib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “Politico” qəzetinin Avropa bürosu Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

 

“SBU Rusiyanın dərinliklərinə zərbə endirir və təkcə Rusiya iqtisadiyyatı üçün vacib deyil, həm də qoşunları yanacaqla təmin edən hədəflərə hücum etməkdə davam edir. Bundan sonra da çoxlu sürprizlər olacaq, sistemli iş gedir”, – adının açıqlanmasını istəməyən ukraynalı məmur nəşrə bildirib.

Politico-nun Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, bu cür hücumlar Rusiyanın ixracına böyük təsir edir və Rusiya Federasiyasının silahlı qüvvələrə xərcləyə biləcəyi resursları azaldır.

Nəşrin qeyd etdiyi kimi, SBU rəsmi olaraq nadir hallarda Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürür.

Tuapse vilayətinin rəhbəri Sergey Boyko bundan əvvəl neft emalı zavodunun ərazisində vakuum qurğusunun yanıb.

Əvvəllər SBU İl-76 təyyarəsinin qəzaya uğramasından sonra cinayət işi açmışdı.

 

Müəllif: Miri