Qaynar xətt:

(+99450) 247 90 86

Qırmızı dəniz böhranının ABŞ iqtisadiyyatına təsiri məlum olub

Qırmızı dəniz böhranının ABŞ iqtisadiyyatına təsiri məlum olub

DÜNYA

317

25.01.2024, 18:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırmızı dəniz böhranı 2024-cü il prezident seçkiləri ərəfəsində ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər və çox güman ki, Yəməndə husilərlə münaqişə “payız seçkilərindən dərhal əvvəl” inflyasiyaya səbəb ola bilər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Amerikanın “Politico” qəzeti yazır.

 

“Qırmızı dənizdə güclənən münaqişə demokratlar və prezident Co Bayden üçün mümkün olan ən pis zamanda ABŞ iqtisadiyyatını süpürməklə hədələyir və bu, payız seçkiləri ərəfəsində inflyasiyanı potensial olaraq daha da yüksəldə bilər”, - deyə mənbə bildirib.

 

Nəşrin yazdığına görə, qlobal təlatümlərin artması ABŞ iqtisadiyyatı üçün əhəmiyyətli risklər yaradır. Qırmızı dəniz böhranının iqtisadi nəticələri "seçicilər arasında iqtisadiyyata dair dərin bədbin fikirlərlə" üzləşən "bir sıra demokratlara" təzyiq göstərəcək.

Bundan əvvəl məlum olub ki, husilərin gəmilərə hücumu nəticəsində Qırmızı dənizdə yaranan qarşıdurma neft daşınmasına təsir göstərməyə başlayıb. Əgər əvvəllər dünya dəniz neftinin 12%-ni daşıyan tankerlər Süveyş kanalı ilə üzməyə davam edirdilərsə, indi vəziyyət dəyişir.

 

Eyni zamanda, ABŞ-da kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) yanvarın 19-da başa çatan həftədə 9,2 milyon barel və ya 2,1% azalaraq 420,7 milyon barelə düşüb.

 

Əvvəllər ABŞ-da onlar Yaxın Şərqdə daha da xaosa səbəb ola biləcək şeylərdən danışırdılar.

 

Müəllif:Miri