Los-Anceles sahillərində güclü zəlzələ olub
28 Noyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
430
04.01.2024, 19:11
İranın dəstəklədiyi milislərin Bağdadın mərkəzindəki maddi-texniki təchizat qərargahına endirilən hava zərbəsi nəticəsində Xalq Səfərbərlik Qüvvələrinin (Əl-Nucəbaa) yüksək rütbəli komandiri həlak olub.
Oxu24.com xəbər verir ki,Ərəb KİV-lərinin məlumatına görə, Əl-Nücəbənin ən mühüm liderlərindən biri və 12-ci Briqadanın komandiri Əbu Təqva ləqəbli Müştaq Talib Əl-Səidi Əbu Səccadla birlikdə təşkilatın qərargahının dayanacağında avtomobilində olarkən partladılıb.
Əl-Ərəbiyyə mənbələrinin məlumatına görə, hər iki komandir bir neçə saat əvvəl Suriya-İraq sərhədində olub.
Əl-Saidi və Əbu Səccaddan başqa təşkilatın daha bir silahlısı öldürülüb, 6-sı yaralanıb.
Əl-Nucabaa hərəkatı bəyanatında ABŞ-ı bu işə qarışmaqda ittiham edərək, onu ləğvetmənin təşkilində günahlandırıb, İraq Silahlı Qüvvələrinin baş komandanının sözçüsü isə hücumu beynəlxalq koalisiyanın üzərinə atıb.
Əl-Nücəba hərəkatı bir müddətdir ki, İraqda İslami Müqavimət adlanan qruplaşmada fəaliyyət göstərir və əvvəllər İraqda ABŞ və beynəlxalq koalisiyaya məxsus hərbi bazalara edilən hücumların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb. 8000-10000 milisdən ibarət Əl-Nucəbaa Suriya hökumət qüvvələrinin Hələb şəhərinə Rusiya aviasiyasının dəstəklədiyi quru hücumunda avanqard rolunu oynayıb. Hərəkat İraqda İŞİD-ə qarşı döyüşlərdə də iştirak edib və Livan Hizbullahı və İran İnqilab Mühafizəçiləri ilə sıx əlaqələrə malikdir.
Müəllif:Afət
01:31 / 29 Noyabr 2026
1
01:22 / 29 Noyabr 2026
46
00:11 / 29 Noyabr 2026
117
23:56 / 28 Noyabr 2026
254
23:47 / 28 Noyabr 2026
114
23:36 / 28 Noyabr 2026
398
23:13 / 28 Noyabr 2026
141
22:57 / 28 Noyabr 2026
133
22:29 / 28 Noyabr 2026
146
22:11 / 28 Noyabr 2026
134
22:01 / 28 Noyabr 2026
139
21:50 / 28 Noyabr 2026
156
21:34 / 28 Noyabr 2026
147
21:22 / 28 Noyabr 2026
164
20:57 / 28 Noyabr 2026
236
20:40 / 28 Noyabr 2026
180
20:24 / 28 Noyabr 2026
173
20:16 / 28 Noyabr 2026
181
20:04 / 28 Noyabr 2026
188
19:43 / 28 Noyabr 2026
196
19:36 / 28 Noyabr 2026
189
19:20 / 28 Noyabr 2026
178
19:08 / 28 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.