Bakıda söküntüyə hazırlıq: kompensasiya necə olacaq? - Video
29 Noyabr 2026, 01:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
26.12.2023, 12:15
Birbank-ın “10 001 hədiyyə” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. Artıq lotereyanın 2 tirajı geridə qalıb. 2 tirajda ümumilikdə 2 104 008 karta məxsus 19 819 173 şans iştirak edib. Canlı yayımda təsadüfi üsulla seçilən 6 600 kart qalib olub. İki tirajın sonunda uduş fonduna daxil edilən hədiyyələrdən 10 000₼ pul mükafatı, 1 000₼ dəyərində səyahət paketi, “Umico Market”dən 500₼ dəyərində hədiyyə kuponu, 10 “Umico” bonusları və 5₼ dəyərində keşbeklər öz sahiblərini tapıb.
Ötən günlərdə isə lotereyanın birinci və ikinci tirajının qaliblərinə hədiyyələr təqdim edilib.
İlk tirajda 10 000₼ pul mükafatına Aysel xanım sahib olub, onun 1-ci tirajda 50 şansı var idi. “Lotereyadan məlumatım olsa da, mənə mesaj gələndə inanmamışdım. Hətta linkə belə daxil olmadım. Doğrudur, oyunlarda şanslıyam, amma bu məbləğdə mükafatı qazanacağım ağlıma gəlməzdi. Bilirəm ki, lotereyalara inanmayanlar çoxdur. Mən də onlardan biri idim, amma Kapital Bank fikrimi dəyişdi. Şəffaf oyun üçün sizə təşəkkür edirəm. Məni çox sevindirdiniz. Hər kəsə uğurlar arzu edirəm”.
Qusarda yaşayan Ağakərim bəyin isə ilk tirajda 85 şansı var idi və o, 1000₼ dəyərində səyahət paketi qazanıb. “2 ildən çoxdur Birbank kartları istifadə edirəm. Amma ilk dəfə lotereyada qalib olmuşam. Çoxdandır Şərq ölkələrinə səyahət planlayıram, amma büdcəm yetmirdi. Bu məbləğ lap yerinə düşdü”- deyə, qalib bildirib.
2-ci tirajda 20 şansla iştirak edən Musa bəy də 10 000₼ mükafat qazanmağın sevincini bölüşdü: “Mənə ilk dəfə zəng edib məlumat verəndə elə bildim dost-tanışlarım zarafat edirlər. Təəccübləndim, çünki heç vaxt şansa inanmamışam. Amma fikrim dəyişdi, hətta mən artıq özümü şanslı adam hesab edirəm. Kapital Bank-a isə təşəkkür edirəm”.
1 000₼ dəyərində səyahət kuponu qazanan Pərviz bəy isə mükafatın bayram öncəsi onu çox sevindirdiyini bildirdi: “Kapital Bank-a minnətdaram Yeni il öncəsi bundan gözəl hədiyyə ola bilməzdi. Mən səyahəti çox sevirəm. Kuponu ölkədaxili səyahətə istifadə edəcəm. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın”.
Lotereyanın 3-cü tirajı 27 dekabr tarixində həyata keçiriləcək. İstifadəçilər linkdən FİN kodu daxil etməklə lotereyada iştirak şanslarını izləyə bilərlər. //bir.bank/bbltrypr. Qaliblər tirajın sonunda, Kapital Bank-ın sosial media hesablarında və //birbank.az saytında elan olunacaq.
Xatırladaq ki, lotereyada uduş fonduna “Xəzri Rezidens” yaşayış kompleksindən 2 otaqlı mənzil daxildir. Eyni zamanda dəniz mənzərəli “Xəzri Rezidens” yaşayış kompleksindən mənzil aldıqda “Birbank” promo kodunu təqdim edən müştərilərə 12 000 AZN-dək endirim ediləcək. Endirim üçün: //bir.bank/bbxzrpr.
Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
01:31 / 29 Noyabr 2026
192
01:22 / 29 Noyabr 2026
188
00:11 / 29 Noyabr 2026
240
23:56 / 28 Noyabr 2026
457
23:47 / 28 Noyabr 2026
205
23:36 / 28 Noyabr 2026
758
23:13 / 28 Noyabr 2026
222
22:57 / 28 Noyabr 2026
225
22:29 / 28 Noyabr 2026
231
22:11 / 28 Noyabr 2026
222
22:01 / 28 Noyabr 2026
207
21:50 / 28 Noyabr 2026
226
21:34 / 28 Noyabr 2026
211
21:22 / 28 Noyabr 2026
239
20:57 / 28 Noyabr 2026
311
20:40 / 28 Noyabr 2026
233
20:24 / 28 Noyabr 2026
234
20:16 / 28 Noyabr 2026
229
20:04 / 28 Noyabr 2026
240
19:43 / 28 Noyabr 2026
245
19:36 / 28 Noyabr 2026
235
19:20 / 28 Noyabr 2026
224
19:08 / 28 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.