Azərbaycan nümayəndələri Daşkənddə Özbəkistanın tarixi, mədəniyyəti ilə tanış olub
29 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
15.11.2023, 19:14
Ermənistanda məişət zorakılığından qaçan 21 yaşlı İnquşetiya sakini saxlanılıb.
OXU24.COM xəbər verir ki, insan hüquqları üzrə ekspert Svetlana Anoxinanın sözlərinə görə, təhlükəsizlik qüvvələri Zurabovanın müvəqqəti yaşadığı mənzilə gəlib. Onu İrəvandakı polis bölməsinə aparıb telefonunu götürüblər. Qeyd edək ki, onun arxasınca İrəvana gələn əmisi Yusup Zurabov və digər dostu vağzalda saxlanılıb.
"Onun hüquqları kobud şəkildə pozulub - onu əmisi ilə birlikdə həbs ediblər, telefonunu əlindən alıb, vəkillə görüşməsinə icazə verməyiblər, Fatimənin saxlanması üçün oğurluq ittihamı irəli sürülür", - deyə hüquq müdafiəçisi bildirib.
Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına Ermənistana məişət zorakılığının qurbanı kimi gəldiyini izah edib və kömək istəyib. Lakin polislər cavab veriblər ki, cinayət Rusiya ərazisində törədildiyi üçün heç bir şəkildə kömək edə bilməyəcəklər. Hüquq müdafiəçisi bildirib ki, Zurabova daha təhlükəsiz olan polis bölməsində qalır, çünki oradan çıxandan sonra İnquşetiyaya aparıla bilər.
Eyni zamanda, İrəvan polisi onun əmisinin təhdidləri ilə bağlı ifadəsini qəbul etməkdən və məişət zorakılığı təhlükəsi barədə sənəd verməkdən imtina edib. Onsuz qız sığınacağa qəbul edilməyəcək. Zurabovanın əmisi isə Fatiməyə kömək edən hər kəsi hədələyib.
Qeyd edək ki, Fatimə Zurabova sentyabrın sonunda hüquq müdafiəçilərinə müraciət edib. O, ailədə sistematik olaraq döyüldüyünü deyib. O, İnquş cəmiyyəti üçün uyğn olmayan davranışa və ailə üzvlərinin fikirləri ilə razılaşmadığına, eləcə də itaətsizliyinə görə döyüldüyünü vurğulayıb. Noyabrın 8-də o, işə getmək bəhanəsi ilə evdən çıxa bilib, bundan sonra Svetlana Anoxinanın dəstəyi ilə Ermənistana uçub. Hüquq müdafiəçiləri bildiriblər ki, bir neçə gün sonra dayısı Yusup Zurabov onu götürməyə gəlib və bacısı qızının axtarışı üçün ərizə verib.
Məişət zorakılığı Şimali Qafqazın sistemli problemlərindən biridir. Yerli qadınlar ərləri və digər ailə üzvləri tərəfindən ciddi şəkildə zorakılığa məruz qalırlar. Bir qayda olaraq, polis belə hallara məhəl qoymur, cinayət işi başlansa da, məhkəmələr minimum cəzalar təyin edir.
20:46 / 29 Noyabr 2026
63
20:26 / 29 Noyabr 2026
81
20:26 / 29 Noyabr 2026
88
19:50 / 29 Noyabr 2026
106
19:27 / 29 Noyabr 2026
105
19:13 / 29 Noyabr 2026
123
19:01 / 29 Noyabr 2026
110
18:58 / 29 Noyabr 2026
329
18:45 / 29 Noyabr 2026
126
18:29 / 29 Noyabr 2026
122
18:15 / 29 Noyabr 2026
151
15:24 / 29 Noyabr 2026
185
12:43 / 29 Noyabr 2026
421
12:03 / 29 Noyabr 2026
190
12:00 / 29 Noyabr 2026
229
11:33 / 29 Noyabr 2026
204
10:55 / 29 Noyabr 2026
238
10:25 / 29 Noyabr 2026
384
10:24 / 29 Noyabr 2026
794
10:00 / 29 Noyabr 2026
439
09:58 / 29 Noyabr 2026
221
09:54 / 29 Noyabr 2026
259
09:15 / 29 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.