Qaynar xətt:

(+99450) 247 90 86

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - Şənbə və bazar GÜNLƏRİ!-RƏSMİ

2019-10/1571434982_1571432471_53548534_2215262102072596_8181772867629744128_n.jpg

CƏMİYYƏT

1221

19.10.2019, 01:42

\"\"  İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumatda deyilir.
Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u gündüzdən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda  20-25, dağlıq rayonlarda  13-18 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək. Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək. Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.     Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək. Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 21-24 dərəcə isti təşkil edəcək.