Qaynar xətt:

(+99450) 247 90 86

"Sabah" - "Barselona" oyununda faciə: Azarkeş stadionda öldü

\"Sabah\" - \"Barselona\" oyununda faciə: Azarkeş stadionda öldü

CƏMİYYƏT

720

26.11.2026, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda ölüb.

Oxu24.com "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.

Faktla bağlı araşdırma aparılır.