Qaynar xətt:

(+99450) 247 90 86

Qonşunuz gecə evdə təmir işləri aparırsa...

Qonşunuz gecə evdə təmir işləri aparırsa...

HÜQUQ

35

25.11.2026, 23:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qonşunuz gecə yarısına qədər təmir edir və istirahətinizə mane olur? Hüquqlarınızı bilirsinizmi?

Belə hallarla qarşılaşdıqda nə etməlisiniz?

Mövzu ilə bağlı Oxu24.com-a danışan  vəkil Azər İbrahimov bildirib ki, ilk növbədə qonşunu xəbərdar edin. Təmir işlərinin gecə saatlarında sizi narahat etdiyini bildirin və işlərin dayandırılmasını xahiş edin.Daha sonra səs-küy davam edərsə, sübutları qeydə alın. Hadisəni video və ya audio vasitəsilə çəkin, tarix və saatı qeyd edin.Ardınca polisə müraciət edin. 102 xidmətinə zəng edərək şikayətinizi bildirin.

Daha sonra isə zərurət yarandıqda hüquqi müdafiə yollarından istifadə edin. Hüquqlarınızın pozulması davam edərsə, qanunvericiliyə uyğun tədbirlər görə bilərsiniz.

 Yadda saxlayın: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saatlarında məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə edilə bilərlər.İstirahət etmək hər kəsin hüququdur. Qonşuluq münasibətləri isə qarşılıqlı hörmət tələb edir.

Jalə