Mikayıl Cabbarov AÇIQLADI: Yeni saziş imzalanacaq
23 Noyabr 2026, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
38
23.11.2026, 12:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.
Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.
Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.
Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.
Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.
İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirdi.
Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.
Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunuldu, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edildi.
İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.


12:25 / 23 Noyabr 2026
1
12:03 / 23 Noyabr 2026
64
11:51 / 23 Noyabr 2026
67
11:48 / 23 Noyabr 2026
74
11:45 / 23 Noyabr 2026
149
11:26 / 23 Noyabr 2026
83
11:24 / 23 Noyabr 2026
92
11:21 / 23 Noyabr 2026
106
11:12 / 23 Noyabr 2026
115
11:00 / 23 Noyabr 2026
111
10:50 / 23 Noyabr 2026
148
10:48 / 23 Noyabr 2026
399
10:34 / 23 Noyabr 2026
126
10:33 / 23 Noyabr 2026
101
10:29 / 23 Noyabr 2026
106
10:26 / 23 Noyabr 2026
125
10:24 / 23 Noyabr 2026
118
10:18 / 23 Noyabr 2026
100
10:10 / 23 Noyabr 2026
494
10:03 / 23 Noyabr 2026
107
09:57 / 23 Noyabr 2026
103
09:53 / 23 Noyabr 2026
111
09:46 / 23 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.