Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib
08 Noyabr 2026, 13:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
422
08.11.2026, 09:13
2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsullar da hesablanacaq.
Bəs bu uçot nə deməkdir? Təsərrüfat sahibləri əlavə vergi ödəməli olacaqlar, yoxsa dəyişiklik yalnız statistik xarakter daşıyır?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, yeni qaydaya əsasən, ailənin öz istehlakına sərf etdiyi, qohumlara verdiyi, dəyişdirdiyi və digər məqsədlərlə istifadə etdiyi süd və yumurta da statistik uçota daxil ediləcək:
“Yəni kəndlinin üç inəyindən əldə etdiyi südün hər litri, həyətində saxladığı toyuqların yumurtası da dövlət statistikasının predmetinə çevriləcək. İlk baxışdan qərarın məqsədi kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirməkdir. Lakin ölkənin mövcud iqtisadi reallıqları fonunda belə təşəbbüslərin nə dərəcədə prioritet olması müzakirə doğurur. Azərbaycanın iqtisadi inkişaf modelində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması əsas hədəflərdir. Bu baxımdan aqrar siyasətin icrasında nəticəyönümlü yanaşmanın səviyyəsi ciddi suallar yaradır”.
İqtisadçı bildirib ki, kənd təsərrüfatında həllini gözləyən daha fundamental problemlər var:
“Fermerlərin maliyyə resurslarına çıxışı, suvarma sistemləri, torpaqların münbitliyi, yem bazası, məhsuldarlıq, logistika, saxlama və emal müəssisələri, satış bazarlarına çıxış əsas problemlərdəndir. Lakin aqrar siyasətin gündəliyində bəzən istehsalın artırılmasından daha çox uçot və hesabat mexanizmlərinin genişləndirilməsi ön plana çıxır. Kəndlinin üç inəyini, beş-on toyuğunu uçota almaqdan əvvəl kənd təsərrüfatında həll edilməli daha vacib məsələlər var. Təəssüf ki, bəzi yanaşmalar əsas problemlərin arxa plana keçdiyi təsəvvürünü yaradır”.
A.İbrahimovun sözlərinə görə, süd və yumurta istehsalının real həcmini müəyyənləşdirmək üçün alternativ statistik metodlardan da istifadə etmək mümkündür:
“İstehsal həcmini seçmə müşahidələr, təsərrüfatların iqtisadi göstəriciləri və mövcud inzibati məlumat bazaları əsasında hesablamaq olar. Hər bir fərdi təsərrüfatın gündəlik istehsalını ayrıca nəzarət predmetinə çevirmək hansı əlavə iqtisadi səmərə yaradacaq? Bu işə sərf ediləcək resurslar kənd təsərrüfatının inkişafına yönəldilsə, daha böyük nəticə əldə etmək mümkün olmazmı?”.
İqtisadçı qeyd edib ki, ailənin öz istehlakı üçün istehsal etdiyi süd və yumurtanın statistik uçota alınması özlüyündə vergi öhdəliyi yaratmır:
“Vergi öhdəliyi yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yaranır. Bununla belə, məlumatların gələcəkdə vergi və digər inzibati nəzarət mexanizmlərində istifadə olunması ilə bağlı vətəndaşların sualları cavablandırılmalıdır. Statistik uçotun hüquqi çərçivəsi, məlumatların məxfiliyi və fərdi təsərrüfat sahiblərinin üzərinə düşən öhdəliklər dəqiq açıqlanmalıdır”.
A.İbrahimovun fikrincə, dövlət qurumlarının fəaliyyəti toplanan məlumatların və hesabatların sayı ilə deyil, real iqtisadi nəticələrlə qiymətləndirilməlidir:
“Aqrar sektorun inkişafı kəndlinin üzərinə əlavə hesabat yükü qoymaqla təmin edilə bilməz. Kəndliyə ucuz maliyyə, əlçatan su, keyfiyyətli toxum və yem, müasir texnologiya, səmərəli subsidiya mexanizmi və məhsulunu satmaq üçün real bazar lazımdır. Statistik uçotun aparılmasına prinsip etibarilə etiraz yoxdur. Lakin hər yeni inzibati mexanizmin iqtisadi səmərəsi, zəruriliyi və vətəndaşa yaradacağı yük əvvəlcədən hesablanmalıdır. Kəndlinin həyətindəki inəyin südünü hesablamaq mümkündür. Daha vacib olan isə həmin kəndlinin niyə daha çox süd istehsal edə bilmədiyini və məhsulundan niyə kifayət qədər gəlir əldə etmədiyini araşdırmaqdır. Çünki kəndlinin üç inəyini uçota almaqla ölkənin ərzaq təhlükəsizliyi təmin olunmur. Bunun üçün istehsal artmalı, fermer gəlir əldə etməli, yerli kənd təsərrüfatının rəqabət qabiliyyəti yüksəlməlidir”.
13:45 / 08 Noyabr 2026
62
13:35 / 08 Noyabr 2026
171
13:21 / 08 Noyabr 2026
52
13:16 / 08 Noyabr 2026
93
13:06 / 08 Noyabr 2026
100
12:47 / 08 Noyabr 2026
167
12:46 / 08 Noyabr 2026
84
12:39 / 08 Noyabr 2026
92
12:35 / 08 Noyabr 2026
423
12:29 / 08 Noyabr 2026
113
12:28 / 08 Noyabr 2026
108
12:27 / 08 Noyabr 2026
105
12:22 / 08 Noyabr 2026
106
12:17 / 08 Noyabr 2026
100
12:16 / 08 Noyabr 2026
109
12:14 / 08 Noyabr 2026
116
12:05 / 08 Noyabr 2026
264
11:59 / 08 Noyabr 2026
695
11:52 / 08 Noyabr 2026
192
11:48 / 08 Noyabr 2026
105
11:45 / 08 Noyabr 2026
112
11:40 / 08 Noyabr 2026
7042
11:37 / 08 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.