İlham Əliyev və xanımı Cəbrayılda..- Foto
06 Noyabr 2026, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
144
06.11.2026, 12:24
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal edilən süd və yumurtanın ümumi miqdarı yeni qayda ilə qeydə alınacaq.
Oxu24.com Oxu.az-a istinadla xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində təsərrüfatda sağılmış südün ümumi miqdarı hesablanarkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən, pay şəklində verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq.
Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək.
Yumurta istehsalında da oxşar qayda tətbiq olunacaq. Belə ki, yumurtaların satılması, şəxsi istehlak, inkubasiya və ya digər məqsədlər üçün istifadə edilməsindən asılı olmayaraq onların hamısı hesablanacaq.
İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, bir heyvandan gündəlik orta süd verimi və faktiki sağım dövrünün müddəti əsasında müəyyənləşdiriləcək.
Məsələn, təsərrüfatda üç sağmal inək saxlanılırsa, hər birindən gündə orta hesabla səkkiz litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik süd istehsalı 7 200 litr kimi qeydə alınacaq.
Yumurta istehsalı da dəqiq illik say məlum olmadıqda yumurtlayan quşların sayı və müxtəlif dövrlər üzrə orta yumurtlama səviyyəsi əsasında hesablana bilər. Qaydada göstərilən nümunəyə əsasən, 10 yumurtlayan toyuqdan gündə orta hesabla beş yumurta əldə edilərsə, illik istehsal 1 825 ədəd təşkil edəcək.
Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
16:22 / 06 Noyabr 2026
1
16:17 / 06 Noyabr 2026
54
16:02 / 06 Noyabr 2026
73
15:54 / 06 Noyabr 2026
85
15:50 / 06 Noyabr 2026
97
15:43 / 06 Noyabr 2026
100
15:32 / 06 Noyabr 2026
83
15:21 / 06 Noyabr 2026
89
15:14 / 06 Noyabr 2026
86
15:13 / 06 Noyabr 2026
87
15:05 / 06 Noyabr 2026
90
15:00 / 06 Noyabr 2026
565
14:58 / 06 Noyabr 2026
134
14:50 / 06 Noyabr 2026
90
14:43 / 06 Noyabr 2026
83
14:37 / 06 Noyabr 2026
109
14:30 / 06 Noyabr 2026
103
14:23 / 06 Noyabr 2026
104
14:13 / 06 Noyabr 2026
98
14:08 / 06 Noyabr 2026
109
13:57 / 06 Noyabr 2026
98
13:53 / 06 Noyabr 2026
134
13:46 / 06 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.