Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
05 Noyabr 2026, 12:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
05.11.2026, 12:40
İkinci əl avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir.
Oxu24.com xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif edilir.
Rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olmuşdur.
Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətinə vergi yükünün düşməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.
Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.
12:51 / 05 Noyabr 2026
1
12:41 / 05 Noyabr 2026
97
12:39 / 05 Noyabr 2026
41
12:36 / 05 Noyabr 2026
41
12:27 / 05 Noyabr 2026
285
12:26 / 05 Noyabr 2026
62
12:16 / 05 Noyabr 2026
205
12:14 / 05 Noyabr 2026
68
12:11 / 05 Noyabr 2026
66
12:00 / 05 Noyabr 2026
71
11:48 / 05 Noyabr 2026
91
11:46 / 05 Noyabr 2026
90
11:42 / 05 Noyabr 2026
118
11:34 / 05 Noyabr 2026
410
11:32 / 05 Noyabr 2026
208
11:29 / 05 Noyabr 2026
269
11:21 / 05 Noyabr 2026
276
11:16 / 05 Noyabr 2026
176
11:07 / 05 Noyabr 2026
97
10:59 / 05 Noyabr 2026
115
10:54 / 05 Noyabr 2026
184
10:45 / 05 Noyabr 2026
243
10:43 / 05 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.