Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
04 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
95
04.11.2026, 17:02
Bakının daşınmaz əmlak bazarında son dövrlər fərdi yaşayış evləri seqmentində ciddi qiymət dəyişiklikləri müşahidə olunur. Ötən ayın statistik tahlillərinə əsasən, paytaxtda fərdi evlərin orta qiymətində 13,2 faizlik artım qeydə alınıb. Bu göstərici bazarda həm alıcılar, həm də investorlar arasında böyük maraq və suallar doğurub. Bir çoxları qiymət artımının real tələbatdan, yoxsa süni bahalaşma meyllərindən qaynaqlandığını aydınlaşdırmağa çalışır. Eyni zamanda, mənzil bazarı ilə müqayisədə fərdi yaşayış evlərinə investisiya qoymağın nə dərəcədə sərfəli olması əsas müzakirə mövzularındandır. Sual doğuran digər bir məqam isə bahalaşmanın şəhərin hansı ərazilərində daha çox özünü göstərməsidir. Ekspertlər bazarın mövcud dinamikasını təklif qıtlığı və artan urbanizasiya prosesləri ilə izah edirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, qeydə alınan 13,2 %-lik artım ötən ilin müvafiq dövrü ilə müqayisədə çıxarılmış ortalama göstəricidir:
"Qiymət artımının başlıca səbəbi ölkədə daşınmaz əmlak qıtlığının olmasıdır. Tələb təklifi üstələyir. Tikinti şirkətləri arasında rəqabət təxminən son 5-6 ildir ki, pozulub. 2016-cı illə müqayisə etsək, yeni başlayan layihələrin həcmi təxminən 9-10 dəfə azalıb. Bu da sağlam rəqabətin pozulmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, rəqabət pozulduğuna görə son 5-6 il ərzində qiymət artımı dayanmadan davam edir və bu proses hələ də səngimək bilmir. Eyni zamanda şəhər daxilində dövlət və ya özəl sektor hesabına söküntü işləri aparılır ki, bu da bazar dinamikasına bilavasitə təsir göstərir. Üstəlik, şəhərin fiziki böyüməsi və artan urbanizasiya da əsas amillərdəndir.
Elnur Azadov qeyd edib ki, qiymətlərin bahalaşmasına ən böyük təsiri tikinti şirkətləri göstərib. Çünki onların bazara çıxardıqları azsaylı əmlakların dəyəri real bazar qiymətindən 15-20 % daha yüksək olur.
Fərdi evlərə gəlincə, ekspert əlavə edib ki, investisiyanın sərfəliliyi birbaşa əmlakın yerləşdiyi ərazidən asılıdır:
“Son illər ən yüksək qiymət artımı Mərdəkan qəsəbəsində qeydə alınıb. Buzovnanın dənizkənarı ərazilərində və ümumiyyətlə sahilboyu zonalarda qıtlıq yarandığı üçün qiymətlər sürətlə qalxmağa başlayıb. Bu sahədə rekord göstərici isə Sea Breeze (Nardaran, Ləhiş bağları) ərazisindədir. Burada İnfrastruktur aktiv inkişaf etdiyi üçün qiymətlər il ərzində 50 %-ə qədər bahalaşır”.
“İnkişaf edən ərazilərə investisiya yatırmaq digər zonalarla müqayisədə hər zaman daha əlverişli və gəlirlidir”,- deyə ekspert vurğulayıb.
Çimnaz Telmanqızı
17:13 / 04 Noyabr 2026
1
17:12 / 04 Noyabr 2026
6
16:58 / 04 Noyabr 2026
33
16:54 / 04 Noyabr 2026
78
16:49 / 04 Noyabr 2026
51
16:34 / 04 Noyabr 2026
262
16:32 / 04 Noyabr 2026
60
16:22 / 04 Noyabr 2026
113
16:21 / 04 Noyabr 2026
96
16:20 / 04 Noyabr 2026
81
16:19 / 04 Noyabr 2026
89
16:13 / 04 Noyabr 2026
80
16:12 / 04 Noyabr 2026
149
16:10 / 04 Noyabr 2026
108
16:04 / 04 Noyabr 2026
144
16:03 / 04 Noyabr 2026
85
15:43 / 04 Noyabr 2026
108
15:33 / 04 Noyabr 2026
1511
15:00 / 04 Noyabr 2026
135
14:58 / 04 Noyabr 2026
891
14:57 / 04 Noyabr 2026
99
14:48 / 04 Noyabr 2026
337
14:40 / 04 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.