Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
03.11.2026, 14:30
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.
İdarədən Oxu24.com-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.
İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır.
Bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır.
Mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bununla yanaşı avtomobilin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin etməlidir. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir".
09:00 / 25 Noyabr 2026
34
00:31 / 25 Noyabr 2026
166
00:17 / 25 Noyabr 2026
164
23:55 / 24 Noyabr 2026
185
23:48 / 24 Noyabr 2026
174
23:34 / 24 Noyabr 2026
178
23:33 / 24 Noyabr 2026
234
23:28 / 24 Noyabr 2026
173
23:22 / 24 Noyabr 2026
168
23:15 / 24 Noyabr 2026
170
23:03 / 24 Noyabr 2026
303
23:00 / 24 Noyabr 2026
342
22:54 / 24 Noyabr 2026
1534
22:44 / 24 Noyabr 2026
168
22:22 / 24 Noyabr 2026
1470
22:16 / 24 Noyabr 2026
209
22:09 / 24 Noyabr 2026
172
22:07 / 24 Noyabr 2026
176
21:54 / 24 Noyabr 2026
313
21:36 / 24 Noyabr 2026
178
21:32 / 24 Noyabr 2026
335
21:26 / 24 Noyabr 2026
169
21:20 / 24 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.