Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq
31 Oktyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
103
31.10.2026, 19:58
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.
Oxu24.com xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
.
Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.
Görəsən, minimum əmək haqqının hansı nisbətdə olması daha məqbuldur?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakupost"a bildirib ki, qəbul olunan son qanuna uyğun olaraq, hər ilin əvvəlində minimum əmək haqqına baxılmalı və əlavələr edilməlidir:
"Yəni məsələ qanunun tələbinə uyğunlaşdırılmalıdır. Minimum əmək haqqının nə qədər artırılacağına gəldikdə, bu, dövlət büdcəsinin verdiyi imkanlar, minimum əmək haqqının sonuncu dəfə artırılmasından sonra, keçən dövr ərzində baş verən inflyasiya nəzərə alınmaqla hesablanacaq. Təcrübədən çıxış etsək, hardasa minimum əmək haqqı ən azı 50 manat artırıla bilər".
Amma müsahibimizin fikrincə, bu 50 manat, 2025-ci ildə, sonuncu dəfə minimum əmək haqqı artırılandan üzü bəri yaranan inflyasiyanı kompensasiya etmir.
Bu səbəbdən mərkəz sədri minimum əmək haqqının azı 500 manat civarında olmasını daha məqbul hesab etdi:
"Eyni zamanda, Azərbaycan hökumətinin 2001-ci ildə Avropa Əmək Xartiyası qarşısında götürdüyü öhdəliklərə görə, minimum əmək haqqı 2006-cı ilə qədər orta aylıq əmək haqqının 60 faizinə çatdırılmalı idi. Həmin andan 25 il keçməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də o öhdəliyi yerinə yetirməyib. Hökumət bunu da nəzərə almalıdır".
20:46 / 31 Oktyabr 2026
1
20:37 / 31 Oktyabr 2026
22
20:33 / 31 Oktyabr 2026
39
20:25 / 31 Oktyabr 2026
28
19:44 / 31 Oktyabr 2026
61
19:37 / 31 Oktyabr 2026
70
19:29 / 31 Oktyabr 2026
388
19:28 / 31 Oktyabr 2026
108
19:26 / 31 Oktyabr 2026
118
19:20 / 31 Oktyabr 2026
79
19:20 / 31 Oktyabr 2026
299
19:18 / 31 Oktyabr 2026
230
19:14 / 31 Oktyabr 2026
343
19:12 / 31 Oktyabr 2026
99
19:07 / 31 Oktyabr 2026
70
18:54 / 31 Oktyabr 2026
90
18:25 / 31 Oktyabr 2026
1935
17:00 / 31 Oktyabr 2026
243
16:58 / 31 Oktyabr 2026
1341
16:52 / 31 Oktyabr 2026
103
16:50 / 31 Oktyabr 2026
117
16:45 / 31 Oktyabr 2026
567
16:22 / 31 Oktyabr 2026
960
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.