Rəis vəzifəsindən AZAD EDİLDİ
28 Oktyabr 2026, 17:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
113
28.10.2026, 15:21
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.
Oxu24.com xəbər verir ki, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.
A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı.
Hər iki şəxs DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, daha əvvəl də adları çəkilən şəxslərlə bağlı araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Hazırda idarənin Təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir.
17:28 / 28 Oktyabr 2026
6
17:21 / 28 Oktyabr 2026
116
17:16 / 28 Oktyabr 2026
41
17:11 / 28 Oktyabr 2026
56
16:56 / 28 Oktyabr 2026
141
16:53 / 28 Oktyabr 2026
208
16:33 / 28 Oktyabr 2026
1148
16:32 / 28 Oktyabr 2026
240
16:20 / 28 Oktyabr 2026
77
16:05 / 28 Oktyabr 2026
81
15:58 / 28 Oktyabr 2026
78
15:45 / 28 Oktyabr 2026
128
15:30 / 28 Oktyabr 2026
540
15:09 / 28 Oktyabr 2026
168
14:51 / 28 Oktyabr 2026
104
14:42 / 28 Oktyabr 2026
107
14:40 / 28 Oktyabr 2026
111
14:30 / 28 Oktyabr 2026
122
14:18 / 28 Oktyabr 2026
129
14:16 / 28 Oktyabr 2026
81
14:07 / 28 Oktyabr 2026
98
14:00 / 28 Oktyabr 2026
82
13:52 / 28 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.