Rövşən Muradov: “Milli həmrəylik Azərbaycanın güc mənbəyidir”
28 Oktyabr 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
78
28.10.2026, 14:42
"Müzakirə etdiyimiz mövzu, Azərbaycan Prezidenti tərəfindən də dünən qeyd olunduğu kimi, ölkənin konstitusiya ənənələri, birgəyaşayış və dinlərarası dialoqla bağlıdır. Bunlar Azərbaycan cəmiyyətinin mahiyyətində, onun DNT-sində mövcud olan dəyərlərdir”.
Oxu24.com xəbər verir ki, bunu Avropa Şurası Baş katibinin antisemitizm, anti-müsəlman nifrəti və dini dözümsüzlüyün bütün formaları üzrə Xüsusi Nümayəndəsi İrene Kitsou Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.
İrene Kitsou Azərbaycanın Avropa Şurası ilə uzun illərdir davam edən əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa Şurasının Baş katibinin Xüsusi Nümayəndəsinin Ofisinə göstərdiyi dəstəyi xüsusi qeyd edib.
Xüsusi nümayəndə Azərbaycanın təşəbbüsü ilə bir qrup nüfuzlu dini nümayəndənin 2022-ci ildə keçirilən tədbirdə iştirak etmək üçün Ramazan ayında Bakıya səfər etdiyini xatırladıb. O, bu təşəbbüsün dinlərarası dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb və təyinatından sonra bu istiqamətdə işi davam etdirməyə xüsusi önəm verdiyini bildirib. İrene Kitsounun sözlərinə görə, dinlərarası dialoq mədəniyyətlərarası dialoqun mühüm tərkib hissəsidir: "Bu sahədə işə 2008-ci ildə başlanılıb. Hazırda Avropa Şurasının Baş katibinin rəhbərliyi altında Avropa üçün yeni demoqrafik pakt üzərində iş aparılır və birgəyaşayış prinsipi də həmin sənəddə öz əksini tapacaq".
O qeyd edib ki, dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə həm hüquqi mexanizmləri, həm də dialoqu əhatə etməlidir: "Avropa Şurasının 46 üzv dövlətinin iştirakı ilə formalaşmış normativ-hüquqi baza bu istiqamətdə mühüm imkanlar yaradır".
Xüsusi nümayəndə antisemitizm, anti-müsəlman nifrəti, islamofobiya və digər dini dözümsüzlük formalarının insan hüquqları çərçivəsində diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. O, həmçinin rəqəmsal mühitdə dini dözümsüzlüklə mübarizənin əhəmiyyətinə toxunub. Bildirib ki, bu sahədə hüquqi mexanizmlər dialoqla tamamlanmalı, üzv dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq gücləndirilməlidir.
İrene Kitsou beynəlxalq dialoqun inkişafı üçün BMT-nin Sivilizasiyalar Alyansı, milli nümayəndələr və dini icmalarla əməkdaşlığın vacibliyini də qeyd edib.
15:30 / 28 Oktyabr 2026
33
15:21 / 28 Oktyabr 2026
46
15:09 / 28 Oktyabr 2026
86
14:51 / 28 Oktyabr 2026
68
14:40 / 28 Oktyabr 2026
76
14:30 / 28 Oktyabr 2026
88
14:18 / 28 Oktyabr 2026
104
14:16 / 28 Oktyabr 2026
66
14:07 / 28 Oktyabr 2026
85
14:00 / 28 Oktyabr 2026
73
13:52 / 28 Oktyabr 2026
105
13:40 / 28 Oktyabr 2026
82
13:25 / 28 Oktyabr 2026
103
13:15 / 28 Oktyabr 2026
117
13:13 / 28 Oktyabr 2026
154
13:05 / 28 Oktyabr 2026
1274
13:05 / 28 Oktyabr 2026
79
13:02 / 28 Oktyabr 2026
76
13:00 / 28 Oktyabr 2026
87
12:50 / 28 Oktyabr 2026
188
12:40 / 28 Oktyabr 2026
170
12:37 / 28 Oktyabr 2026
256
12:35 / 28 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.