Qaynar xətt:

(+99450) 247 90 86

Nazir müavini: Bakıdakı taksilərin təxminən 70%-i hibrid və elektrik avtomobilləridir 

Nazir müavini: Bakıdakı taksilərin təxminən 70%-i hibrid və elektrik avtomobilləridir 

CƏMİYYƏT

75

28.10.2026, 13:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda taksi parkının bugünkü günü təqribən 70%-i artıq hibrid və ya elektrik nəqliyyat vasitələri təşkil edir.

Oxu24.com  xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Biz bilirdik ki, həddən artıq çoxsaylı Bakı şəhərində köhnə nəqliyyat vasitələri var idi. İslahata başladığımızdan öncə bu, 60%-dən çoxu 15 ildən yuxarı olan nəqliyyat vasitələri idi. Bu gün isə orta yaş taksilərdə bizim Bakı şəhərində 5 ildir və bizdə olan məlumata görə, hətta Avropa miqyasında biz lider ölkələr, şəhərlər siyahısındayıq ki, taksi nəqliyyatının yaşı bu qədər birdən-birə cavanlaşıb. Təbii ki, bu, ətraf mühitə vurulan zərəri endirib, çünki bu taksiparkın bugünkü günü təqribən 70%-i artıq hibrid və ya elektrik nəqliyyat vasitələri təşkil edir”, - deyə o qeyd edib.